Vandom sütunu () — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. Tarixi Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür. 1,5 milyon liver dəyərində olan bu tikili “Böyük Ordü sütunu” adlandırılır. 1814 cü ildə sütun üzərində qoyulmuş olan IV Henrixin atlı hüykəli 1 mart 1833 cü ildə Napoleonun atlı heykəli ilə əvəz edilir.

12 aprel 1871 ci il. Kommuna dekret qəbul edir:

12 aprel 1871 ci il. Kommuna dekret qəbul edir: “Paris Kommunası hesab edir ki, Vandom meydanındakı İmperator sütunu barbar heykəli olub, zorakılığın və yalançı şöhrətin rəmzidir, militarizmı tərənnüm, beynəlxalq hüququ inkar edir, qalibin məğlubu təhqir etməsi Fransa Respublikasının üç əsas prinsipindən birinə — Qardaşlığa təhdiddir, qərar verilir: Tək və birinci maddə. — Vandom meydanındakı sütun ləğv ediləcəkdir.”

15 may 1871-ci ildəPaul d’Abrest: Courbet und die Vendôme-Säule.. In: Adolf Kröner (Hrsg.): Die Gartenlaube, Heft 9, S. 148-150. Ernst Keil’s Nachfolger, Leipzig 1878, S. 148. monument Paris kommunası tərəfindən dağıdılır. Kommuna üzvü rəssam Qustav Kurbe sütunu Əlillər Evinin ərazisinə kıçürməyi təklif edir. Lakin inqilan əhval ruhiyyəli Paris sakinləri onu tamam uçurulmasını tələb edirlər. Sütunun qonşuluğunda yaşayan kommunaçı rəssam Qustav Kurbe həm siyasi, həm də estetik cəhətdən sütunun uyğunsuzluğunu əsas gətirərək sökülməsini israr edir və işə rəhbərliyi öz boynuna götürür. Sütun iki uğursuz cəhddən sonra kəndir və bucurqadın köməyi ilə aşırılır. Tunc lövhələr saxlanılır və Kommuna rejimi devrildikdən sonra 1873 cü ildə sütun onument yeni respublikanın pesidenti tərəfindən Qustav Kurbenin öz hesabına bərpa etdiir. Ölümünə qədər müflisləşmiş rəssam Qustav Kurbe xərci tam ödəyə bilmir.

Napoleonun heykəli Sütunun üstündəki ilk Napoleonun heykəli heykəltaraş (1763−1810) tərəfindən hazırlanmışdır. 1814 cü ildə götürülərək 1818 ci ildə əridilir. Yuli monarxiyası 1833 cü ildə -ə yeni heykəl hazırlamağı tapşırır. Bu heykəldə Napoleon “petit caporal” - kiçik onbaşı kimi təsvir edilir. Halhazıda bu heykəl Əlillər Evinin həyətində qoyulmuşdur. III Napoleon birinci heykəlin (heykəltaraş tərəfindən) sürətini hazırlatdıraraq ikincini əvəz etdirir.

Abidə haqqında məlumat Vandom sütununun hündürlüyü 44,3 m, diametri isə 3,65 m-dir. Sütun özü 96 daş barabanının üzərində qoyulmuşdur. Sütun özü isə döyüş səhnələrindən cızılmış 280 m uzunluğa malik 425 bürünc lövhələrdən ibarətdir.

300px|<div style="font-size:70%;">NEAPOLIO IMP AVGMONVMENTVM BELLI GERMANICIANNO MDCCCVTRIMESTRI SPATIO DVCTV SVO PROFLIGATIEX AERE CAPTOGLORIAE EXERCITVS MAXIMI DICAVIT Tərcüməsi: NAPOLEON İMPRATOR AVQUST BU ABİDƏNİ ALMANLLARLA MÜHARİBƏYƏ İTİFAT EDİRONUN RƏHBƏRLİYİ ALTINDA ÜÇ AY ƏRZİNDƏDÜŞMƏN BÜRÜNCÜNÜ QƏNİMƏT GÖTÜRƏNBÖYÜK ORDU ŞƏRƏFİNƏ300px|<

İstinadlar

Həmçinin bax Vandom meydanı

Xarici keçidlər

Kateqoriya:Fransanın görməli yerləri Kateqoriya:1810-cu ildə yarananlar Kateqoriya:Paris sütunları Kateqoriya:Parisin I arondismanındakı binalar və tikililər Kateqoriya:Napoleon Bonapart