Əzizağa Mirpaşa oğlu Süleymanov () — Birinci Qarabağ müharibəsi iştirakçısı, Milli Qvardiyanın (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) keçmiş komandiri, istefada olan polkovnik.

Həyatı Süleymanov Əzizağa Mirpaşa oğlu 1957-ci ildə Şamaxı rayonunda anadan olub. Ali Hərbi təhsilli hüquqşünasdı və Bakı Dövlət Universitetinin tarix fakültəsini qiyabi bitirib. 3 xarici dövlətdə hərbi kurslarda təhsil alıbdır. 1991-ci ildən Milli Qvardiyanın təməlini qoyan zabitlərdən biridir. 1993-cü il aprel ayının 5 -də Birinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə prezident Əbülfəz Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olub.

İstinadlar http://demokratiya.info/karusel/2818-sgender-hemidovun-istefasi-axc-iqtidarinda-kimleri-narahat-edirmish.html

Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Azərbaycan hərbçiləri