Françesko Bartolomeo Rastrelli (; ; ) — Rusiya vətəndaşlığını qəbul etmiş italyan memarı. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məşhur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayı və Çarskoe selo () kompleksində yerləşən Böyük Yekaterina sarayı memarın ən məşhur işlərindən hesab olunur.

Həyatı Françesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gəlir. Gənc yaşlarında memarlığa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır, lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.

Memar 1730-cu ildə ustad memarlıq ünvanını alır. Memarın ən son və önəmli işlərindən biri Sankt-Peterburq şəhərində inşa edilən Smolniy Monastırı olmuşdur. Ancaq 1762-ci ildə Çar I Yelizavetanın vəfat etməsi səbəbindən tikinti işləri yarımcıq dayandırılır. Vəfat edən çariçanın yerinə gələn II Yekaterina Barokko memarlığını sevməməsi səbəbindən Françesko Rastrelli memarlıq sənətin bıraxmalı olur. Memar həyatının qalan bölümünü inşaatı başladılmış saray və malikanələrin tamamlanması və dizayn işlərində çalışır. Eyni zamanda Françesko təqaüdə çıxdıqdan sonra İtaliyalı sənətkarlıq tacirləri ilədə əlaqələr yaratmışdır.

<

Məşhur sənət nümunələri NoŞəkilBina adıYerləşdiyi yerİnşaat tarixi 1 150px Rundāle Sarayı Pilsrundāle, Bauska yaxınlığında 1736–17401764–1767 2 150px Jalqva Sarayı Jalqva 1738–17401763–1772 3 150px Peterhof saray-park kompleksi Peterhof, Sankt-Peterburq yaxınlığında 1747–1755 4 135px Peterhof Kilsə kompleksi Peterhof, Sankt-Peterburq yaxınlığında 1747–1751 5 115px Müqəddəs Andrey kilsəsi Kiev 1748–1767 6 115px Smolnı kafedralı Sankt-Peterburq 1748–1764 7 150px Vorontsov Sarayı Sankt-Peterburq 1749–1757 8 150px Böyük Yekaterina sarayı Çarın kəndi (Puşkin) 1752–1756 9 150px Ermitaj Pavilyonu Çarın kəndi (Puşkin) 1749 10 150px Mariniski Sarayı Kiev 17521870 11 150px Stroqanov Sarayı Sankt-Peterburq 1753–1754 12 150px Qış sarayı Sankt-Peterburq 1754–1762

Həmçinin bax Qış sarayı Peterhof (saray-park kompleksi) Böyük Yekaterina sarayı

İstinadlar

Kateqoriya:1700-cü ildə doğulanlar Kateqoriya:1771-ci ildə vəfat edənlər Kateqoriya:29 apreldə vəfat edənlər Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:İtaliya memarları Kateqoriya:Rusiya memarları Kateqoriya:Barokko memarları