Natiq Əliyev () — Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi. Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit. General-mayor.
Həyatı və fəaliyyəti Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. 1970-ci ildə ilk təhsilinə başlayıb 1982-ci ildə təhsilini bitirərək, Azərbaycan Dövlət Tibb İnstitutuda Əczaçılıq fakültəsidə təhsil alıb. 1987-ci ildə təhsilini bitirdikdən sonra elə həmin ildə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub və 65407 nömrəli Naxçıvan qarnizonu hospitalının tibbi təhcizat rəisi kimi calışıb. Natiq Əliyev müxtəlif illərdə Silahlı Qüvvələrin Hərbi Tibbi İdarəsinin baş zabiti, Müdafiə Nazirliyinin ‘’Goradil’’ və ‘’Mərdəkan’’Hərbi İstirahət Evlərinin rəis, Bakı qarnizonu hospitalının rəis, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəis kimi fəaliyyət göstərib. 2001-ci ildə Azərbaycan Kooperasiya Universitetidə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində daxil olub. 2004-cü ildə təhsilini başa vurub. 2012–2020-ci illərdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021–2022-ci illərdə Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.
"Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasında dopinq nəzarətinin təşkilinin öyrənilməsi elmi əsərinin və Bitki mənşəli dərman vasitələri kitablarının müəllifidir.
İctimai fəaliyyəti Universal Döyüş üzrə Avropa Federasiyasının prezidenti, Gənclər və İdman Nazirliyinin Antidopinq komitəsinin üzvü, Beynəlxalq Hərbi Tibbi Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Mükafatları və fəxri adı 24.06.2003-cü il ’’Hərbi xidmətlərə görə’’ medalı 22.06.2004-cü il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Azərbaycan Respublikası SilahlıQüvvələrinin 10 illiyi (1991–2001)’’ yubiley medalı 26.06.2004-cü il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Qüsursuz xidmətə görə’’ 3-cüdərəcəli medalı 24.06.2005-ci il Azərbaycan Respublikasının ‘’Vətən uğrunda’’ medalı 26.06.2008-ci il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)’’ yubiley medalı 26.06.2008-ci il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Qüsursuz xidmətə görə’’ 2-ci dərəcəli medalı 25.12.2008-ci il ‘’Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi’’ fəxri adı 25.11.2009-cu il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Hərbi xidmətdə fərqlənməyə görə’’ 3-cü dərəcəli medalı 05.11.2012-ci il ‘’Tərəqqi’’ medalı 24.06.2013-cü il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)’’ yubiley medalı 24.06.2013-cü il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Qüsursuz xidmətə görə’’ 1-ci dərəcəli medalı 26.06.2016-cı il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Hərbi xidmətdə fərqlənməyə görə’’ 2-ci dərəcəli medalı 24.08.2016-cı il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ’’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı’’ medalı 24.06.2017-ci il ‘’Vətənə xidmətə görə’’3-cü dərəcəli Orden 26.06.2018-ci il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Hərbi xidmətdə fərqlənməyə görə’’ 1-ci dərəcəli medalı 26.08.2018-ci il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə ‘’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918–2018)’’ yubiley medalı 15.08.2019-cu il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin əmri ilə ‘’Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)’’ yubiley medalı 24.12.2019-cu il ‘’Azərbaycan Respublikasının Əməkdar həkimi’’ fəxri adı 1-ci və 2-ci dərəcəli ‘’Grand Officer’’ medalları
İstinadlar
Kateqoriya:Farmakoloqlar Kateqoriya:Qaraqoyunluda doğulanlar Kateqoriya:Generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar