Rövşən Behcət () — xanəndə, 1969–1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti.Azərbaycanın tanınmış xanəndəsi son mənzilə yola salındı

Həyatı Rövşən Behcət 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək "Göy göl" xalq çalğı alətləri ansamblında çalışıb. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır.

Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb.

Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan müğənniləri