Bəyazid Öztürk (; ) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır.
Karyera öncəsi
Uşaqlığı Əslən Artvinli olan Beyazıt Öztürk, 12 mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir.http://www.kanald.com.tr/beyaz-show/bolumler/12-12-2014-beyaz-show?p=5#t=6m20s
Öztürk, Beyazıt (12.12.2014). "12.12.2014 / Beyaz Show" (Türkçe). Beyaz Show. İstanbul. Doğan Medya Grup. Kanal D. Erişim tarihi: 31.03.2015. "6:20–6:24 arası "Bizim de baba tarafı Gürcü'dür" demiştir."
Təhsili Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə, rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu.
Karyerası
İlk uğurları Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən, radio aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövrdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı. Ancaq "r" hərfini tələffüz edə bilməməsinə görə, aparıcılıq niyyəti baş tutmadı və yalnız proqram hazırlamaqla kifayətləndi.
Yenə də qaydaları pozaraq səsini dinləyicilərə çatdıran Öztürk, fərqli və zarafatcıl imici ilə böyük izləyici sevgisi topladı. Bundan sonra o, dostunun yaratdığı "Gənc Radio"da proqram aparmağa davam etdi və dostları ilə birlikdə, siyasi tərkibli bir yumoristik jurnal olan "Gına"nı çıxarmağa başladı. "Beyaz" ləqəbini ilk dəfə bu jurnal üçün yaratdığı karikatura adı altında istifadə etdi. Eskişehirdə olduğu bu vaxtda, iki heykəl, iki keramika, bir karikatura sərgisi açan Öztürk, son olaraq da bir karma seramik sərgisinə qatıldı.
Radiyo və Televiziya Programları
Yarışma Yok Böyle Dans (Show TV, 2010, qonaq münsif heyəti üzvü) Yetenek Sizsiniz Türkiye (Show TV, 2009, qonaq münsif heyəti üzvü) Ucunda 1 Milyon Var (Star TV, 4–27 sentyabr 2009, aparıcı) Aileler Yarışıyor (Star TV, aparıcı)
Güncəl Nası Yani? (CNN Türk, 2007–2009, aparıcı) Biri Bana Anlatsın (NTV, 2006–2007, aparıcı)
Dizi Karım ve Annem (2004) …. Levent Biz Size Aşık Olduk (2002) …. Cem Kurtlar Vadisi Pusu (2009) …. Beyazıt Yalan Dünya (2012) …. Rıza
Diğər işləri Pişti (Show TV, 2006) Başka Yerde Yok (2006, 1 bölüm) Number One TV Kanal 6 Best FM Radyo Klas Radyo D
Filmoqrafiya Hacivat Karagöz Neden Öldürüldü? (2006) …. Hacivat O Şimdi Mahkum (2005) …. Beyaz Sır Çocukları (2002) Dansöz (2001) Nihavend Mucize (1997)
Teatr Yıldızların Altında (2005, Musiqili oyun)
İstinadlar
Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları