Jan Düle (; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü.

Həyatı Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi.

Yaradıcılığı O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi. Bu işlər onu dövrün ən yaxşı rəssamları ilə müqayisə etməyə imkan verirdi. O öz işlərində J.D. imzasını qoyurdu.

Portretləri Feker Qrafı Ketrin, Pyerre Miqnardın qızı; Pyerre Miqnarddan sonra. Riqo Hiaçint, rəssam; Riqodan sonra; 1742-ci ildə Akademiyaya qəbul olmaq üçün qravürü. Marqerite de Keylus; Riqodan sonra. Şarlz Eduard Stüart, Ceymz Françis Eduard Stüartın oğlu. Mariya Klementina Sobiyeska, onun yoldaşı; Daviddən sonra. Madam Favart, "Bastienne"-nin tərkibində; Şarl-Andre van Loodan sonra. Klaud Deşayes Gendron, okulist; Riqodan sonra. Jan-Baptiste Russo; Aveddən sonra. Jan Mariette, qravürçü; Pendən sonra.

Müxtəlif müəlliflərdən sonra süjetlər

The Magdalen; Korredjodan sonra; Drezden Qalereyası üçün. Fənəri ilə Diogenlər; Joze de Riberadan sonra; Drezden Qalereyası üçün. Quos Ego; Rubensdən sonra. Rubensin İki Oğlu; Rubensdən sonra; Drezden Qalereyası üçün. Neptunun Həyəcanı sakitləşdirməsi; Rubensdən sonra. Üç Uşaqla Mərhəmət; Albanidən sonra. Veneranın Təntənəsi; Buşedən sonra. Les Amusemens de la Campagne; Buşedən sonra. Latona; after Juvendən sonra. Dörd Donanma süjeti; Jozef Vernetdən sonra. Venera Vannasıs; Raydan sonra. İki süjet; Q. Metsüdən sonra. Yupiter və Kalisto; N. Pussen. Seynt Marqaret; Korredjodan sonra. Erotla oynayan Uşaq; Van Deykdən sonra.

Rəssamın yaradıcılığının dəqiq hesabatı Deliqnierenin Catalogue raisonné de l'oeuvre gravé de Jean Daullé d' Abbeville (1872) kataloqunda saxlanılır.

İstinadlar

Mənbələr

Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:1703-cü ildə doğulanlar Kateqoriya:1763-cü ildə vəfat edənlər Kateqoriya:Fransız qravürçülər