Giresun Universiteti — 2006-cı ildə, Karadeniz Texniki Universitetindən ayrılaraq Giresun vilayətində açılan dövlət universiteti.Giresun Universitesi

Tarixi Giresun Universiteti 01.03.2006-cı il tarixli 5467 saylı Qanunla 2809 saylı Ali Təhsil Təşkilatı Qanununa əlavə edilən 65-ci maddə əsasında yaradılmışdır. Universitetin əsası 1962-ci ildə qoyulmuşdur. 1976-cı ildə Təhsil İnstitutuna dəyişildi. 1982-ci ildə Karadeniz Texniki Universitetinə birləşdirildi və 1992-ci ildə Təhsil fakültəsi adlandırıldı. 1996-cı ildə bakalavr səviyyəsində KTU-nə bağlı Sağlamlıq Təhsil liseyi idi.

2006-cı ildə Türkiyə Nazirlər Şurasının qərarı ilə Karadeniz Texniki Universitetindən ayrılaraq Giresun Universiteti kimi fəaliyyət ğöstərir.Giresun Universiteti haqqında hər şey

Akademik strukturu Fakültələri

Təhsil fakültəsi Dənizçilik fakültəsi Stomatologiya fakültəsi İncəsənət və Elmlər fakültəsi Görele Gözəl Sənətlər fakültəsi İqtisadiyyat və İnzibati Elmlər fakültəsi İlahiyyat fakültəsi Mühəndislik fakültəsi Piraziz Sağlamlıq Elmləri fakültəsi Tibb fakültəsi Tirebolu Ünsiyyət fakültəsi Turizm fakültəsi İdman Elmləri fakültəsi

İnstitutları Elm İnstitutu Sosial Elmlər İnstitutu Səhiyyə Elmləri İnstitutu

Ali məktəbləri Görele Tətbiqi Elmlər məktəbi Bulancak Tətbiqi Elmlər məktəbi Şebinkârahisar Tətbiqi Elmlər məktəbi Mülki Aviasiya məktəbi Xarici Dillər məktəbi

Dövlət Konservatoriyası Giresun Universiteti Dövlət Konservatoriyası

Kollecləri Giresun kolleci Tirebolu Mehmet Bayrak kolleci Şebinkârahisar kolleci Şebinkârahisar Sağlamlıq Xidmətləri kolleci Alucra Turan Bulutçu kolleci Eynesil Kamil Nalbant kolleci Keşap kolleci Espiye kolleci Dərəli kolleci Sağlamlıq Xidmətləri kolleci Piraziz kolleci Bulancak kolleci

Tədqiqat və Tətbiq mərkəzləri Uşaq Hüquqları Tətbiq və Araşdırma mərkəzi Türk və Xarici Dil Tətbiq və Araşdırma mərkəzi (TÖMER) Fındıq Araşdırma və Tətbiq mərkəzi Qadın və Ailə Araşdırmaları Tətbiq və Araşdırma mərkəzi (GÜKAM) Ənənəvi və Tamamlayıcı Tibb Tətbiqi və Araşdırma mərkəzi Giresun İl Tətbiq və Araşdırma mərkəzi Statistik Məsləhət Tətbiqi və Araşdırma mərkəzi Qara Dəniz Mədəniyyəti Tətbiq və Araşdırma mərkəzi (KARAKUM) Qara Dəniz Turizm Tətbiq və Araşdırma mərkəzi (TAMER) Qara Dəniz Strateji Araşdırmalar və Tətbiq Mərkəzi (KARASAM) Karyera Rəhbərliyi Tətbiq və Araşdırma mərkəzi (KAYBİMER) Mərkəzi Tədqiqat Laboratoriyası Tətbiq və Araşdırma mərkəzi (GRÜMLAB) Məktəbəqədər Tətbiq və Araşdırma mərkəzi Psixoloji Məsləhət və Rəhbərlik Araşdırma və Tətbiq mərkəzi Sağlamlıq Araşdırma və Tətbiq mərkəzi Davamlı Təhsil Araşdırma və Tətbiq mərkəzi (GUSEM) Türk İslam Sənətləri Memarlığı Tətbiq və Araşdırma mərkəzi Distant Təhsil Tətbiqi və Araşdırma mərkəzi (UZEM) Ağız və Diş Sağlamlığı Tətbiq və Araşdırma mərkəzi Artırılmış Reallıq Tətbiqi və Araşdırma mərkəzi Nəbatat bağı və Herbari Tətbiq və Tədqiqat mərkəzi Ekoloji Problemlər Təmiz İstehsal tətbiqi və Araşdırma mərkəzi

Xarici əlaqələri Qafqaz Universitetlər BirliyiTüm Uyeler . kunib.com

Rektorları

Prof. Dr. Aygün Attar — 2012 - 2016. Əslən azərbaycanlı olan professor Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb.Türkiyədəki azərbaycanlı rektor Oxford Socrates mükafatına layiq görülüb 15 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib Cevdet Coşkun — 2016 - 2019 Prof. Dr. Yılmaz Can Resmi Gazete'de yayımlandı! Erdoğan 11 üniversiteye rektör atadı

Departamentləri Baş Katiblik İnformasiya Texnologiyaları departamenti Hüquq məsləhətçiliyi departamenti İnzibati və Maliyyə İşləri departamenti Kitabxana və sənədləşmə departamenti Tələbələrlə iş departamenti Kadrlar departamenti Səhiyyə, Mədəniyyət və İdman departamenti Strategiya İnkişafı departamentiStrateji Geliştirme Daire Başkanlığı Tikinti və Texniki İşlər departamenti

Koordinatorluqları Mətbuat və İctimaiyyətlə Əlaqələr koordinatoru Akkreditasiya, Akademik Qiymətləndirmə və Keyfiyyət üzrə koordinator İş Sağlamlığı və Təhlükəsizliyi koordinatoru Elmi Tədqiqat Layihələri koordinatoru Xarici Əlaqələr üzrə koordinator Peşə Məktəbləri koordinatoru Erasmus koordinatoru Farabi koordinatoru Mövlana koordinatoru Tətbiq və Araşdırma Mərkəzləri koordinatoru UNİP koordinatoru Boloniya Prosesi koordinatoru ÖYP Təşkilat koordinatoru YLSY Təqaüd Proqramı koordinatoru Texnologiya Transferi koordinatoru Layihə Dəstəyi və İdarəetmə koordinatoru Fındıq İxtisas koordinatoru

Bölmə və İdarələri Texnologiya Nəqliyyat idarəsi Dövriyyə Fondu idarəsi Maneəsiz Universitet idarəsi Beynəlxalq Tələbə idarəsi Daxili Audit idarəsi

İstinadlar

Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:2006-cı ildə yarananlar Kateqoriya:Universitetlər