Çingiz Cəmşid oğlu Əmirov () — ədliyyə polkovniki, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (hazırkı Penitensiar xidmətin) rəisi (1993–1996).
Həyatı Çingiz İldırım adına AzPİ (1971), Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində (1991) təhsil alıb.
Ədliyyə polkovniki, 13 noyabr 1993-cü ildən 27 iyul 1996-cı ilədək Ədliyyə Nazirinin müavini, MQİBİ-nin (Penitensiar Xidmətin) rəisi olmuşdur.
1994-cü ildə çəkilən "Qara "Volqa"" filmində məsləhətçi olmuşdur. 27 iyul 1996-cı ildə xidmət zamanı vəfat etmişdir.
Yazıçı Rövşən Yerfinin "Üzdəniraq ada" romanı Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur.
Ailəsi Yazıçı Cəmşid Əmirovun oğludur.
İstinadlar
Xarici keçidlər "Qara Volqa"nın müəllifi nədən qorxmuşdu?!
Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri