Tarixöncəsi (e.ə 7000 — b.e.1200) E.ə 7000 — İlk top oyunları meydana çıxdı. E.ə. III əsr — Çində futbola bənzər "Tsutsyu" oyunu yarandı. E.ə. 100 — Yunanıstanda "Episkires" oyunu ortaya çıxdı. 600 — Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması. X əsr — Türklərin "Təpük" oyununu oynamağa başladı. 1170 — İngiltərə arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi.

Orta Əsrlər (1200–1863) 1314 13 aprel — İngiltərə kralı II Edvard Londonda futbolu qadağan etdi. 1365 — İngiltərə kralı III Eduard futbolu qadağan etdi. 1389 — İngiltərə kralı III Riçard futbola qadağa qoydu. 1409 — İngiltərədə futbol oynayan hər şəxs 20 pens ödəməli və 6 günlük həpsə girməli idi. 1424 — Şotlandiya kralı Ceyms futbolu qadağan etdi. XVI əsr — Florensiya şəhərində "Calcio Fiorentina" oyunu yarandı. XVII əsr — İngiltərə kralı II Karl`ın "Calcio" futbolunu İtaliyadan İngiltərəyə gətirdi. 1526 — İngiltərə kralı VIII Henri futbol ayaqqabısı sifariş etdi. 1535 — Oksford Universitetində futbol qadağan edildi. 1574 — Kembric Universitetində futbol qadağan edildi. 1739 — Florensiyada son rəsmi futbol oyunu keçirildi. 1747 — Eton Kol Universitetində futbol qadağan edildi. 1749 — Vestminster Universitetində futbol qadağan edildi. 1819 — Hakimlər meydanın qırağında oyunu idarə etməyə başladı. 1823 — Futbolun reqbidən ayrılması. 1830 — İlk dəfə hakimlər meydanda görsənməyə başladı. 1835 — London küçələrində futbol oynamağa qadağa qoyuldu. 1841 — Topun kürə şəklində olması qəbul olundu. 1848 — "Kembric Qanunları"nın yaradıldı. 1848 — İlk dəfə 1-i tribunada, 2-si meydanda 3 hakimdən istifadə edilməyə başlandı. 1855 — İngilislər ilk dəfə Almaniyada futbol oynadı. 1857 24 oktyabr — Dünyada ilk futbol klubu — "Şeffild" klubunun yaradıldı. 1860 26 avqust — İlk derbi — "Şeffild" — "Hallam" oyunu baş tutdu. 1862 — Günümüzə qədər dayanan ən qədim klub — "Nots Kauinti" quruldu. 1862 — "Trinq Qanunları" yaradıldı.

Yeni Dövr (1863–2014)

İbtidai futbol (1863–1904) 1863 — Dünyada ilk futbol qurumu — İngiltərə Futbol Asassosiyasının yaradıldı. 1865 — Ofsayd qərarı qeyri-rəsmi qəbul olundu. 1867 — Futbol ilk dəfə Avropadan kənarda — Argentinada, ingilis dəmiryolçuları tərəfindən oynandı. 1867 12 fevral — Dünyanın ilk futbol turniri — Youdan kuboku başladı. 1867 5 mart — Bremeyl Leyn stadionunda Youdan kubokunun finalı keçirildi: Hallam çempion, Norfolk ikinci oldu. 1868 1 fevral — İkinci ən qədim turnir — Kramvel Kuboku başladı. 1868 15 fevral — Kramvel Kubokunun finalı keçirildi: "Şeffild Yunayted" birinci, Qarrik ikinci oldu. 1869 — Əllə oynamağa qadağa qoyuldu. 1870 — İngilislər futbolu Portuqaliyaya gətirdi. 1870 5 mart — Kenninqton Oval stadionunda ilk beynəlxalq oyun — İngiltərə — Şotlandiya (0:0) oyunu keçirildi. 1870 20 iyul — Londonda keçirilən iclasda Villiam Alkok FA Kuboku məsələsini ortaya atdı. 1871 — Qapıçıya meydanın istənilən yerində əllə oynamağa icazə verildi. 1871 — "Royal Encineyers" klubu tərəfindən futbola "qapıçı", "driblinq", "pas oyunu" terminləri daxil oldu. 1871 — İngiltərə kubokunun başladı. 1872 — FA-nin üzvlərinin sayı 15-ə çatdı. 1872 — Futbol meydanın standart ölçüləri qəbul olundu. 1873 13 mart — Şotlandiya Futbol Federasiyası quruldu. 1874 — İlk baldırqoruyucular yaradıldı. 1874 10 fevral — İFA hakimlərə oyunçuları meydandan qovmaq ixtiyarı verdi. 1874 21 mart — Şotlandiya kubokunun ilk finalı — "Kuinz Park" — "Klayders" (2:0) oyunu keçirildi. 1875 — Uels Futbol Federasiyası quruldu. 1875 — Qapıya üst dirəyin qoyulması və topa başla zərbə endirməyə icazə verilməsi qərara alındı. 1875 — İngilislər futbolu Türkiyəyə — Selanik`ə gətirdi. 1876 — Oyunlar iki hissə şəklində keçirilməyə başlandı. 1876 — Künc zərbələrinin yaradıldı. 1878 — Hakimlər fitdən istifadə etməyə başladı. 1878 14 oktyabr — Dünyada ilk işıqlandırma sistemi Şeffild Birliyi tərəfindən Şeffild şəhərindəki "Bremeyl Leyn" stadionunda quraşdırıldı. 1879 — Qlazqodan Daven`ə futbolçu gəlməsi ilə peşəkarlığın əsası qoyuldu. 1881 — FA-nin üzvlərinin sayı 128-ə çatdı (80-i cənub, 41-i şimal, 6-sı şotland, 1-i avstraliya) 1882 — Futbol qaydalarını dəyişmək hüququna malik "İnternational Board" yaradıldı. 1882 — Qapılarda tordan istifadə edilməyə başlanıldı. 1883 — Aut`un əllə atılması başlandı. 1884 — İngiltərə, Şotlandiya, Uels və Şm. İrlandiyanın qatılımı ilə ilk milli yarış "Vətən çempionatı" ("Home Championship") başladı. 1885 — İngiltərədə peşəkar futbol yaradıldı. 1886 — Ofsaydin tədbiqi qərara alındı. 1888 13 mart — Londonun "Anderson" hotelində Villiam MakQreqor liqa təklif etdi. 1888 17 aprel — İngiltərənin 12 klubu "Mançestr Royal" hotelində toplaşaraq ilk milli liqa yaratmaq qərarını verdilər. 1888 8 sentyabr — İngiltərə çempionatının başladı. 1889 — Hollandiya və Danimarkada futbol federasiyaları yaradıldı. 1890 — Şotlandiya çempionatı başladı. 1890 — Hakimlər meydana çıxmağa başladı. 1891 — Penalti yaradıldı. 1892 — İngiltərədə 2-ci Liqa yaradıldı. 1893 — C. Amerikada ilk futbol federasiyası Argentinada quruldu. 1895 — İngiltərədə qadınlararası ilk oyunun keçirilməsi. 1896 — Futbol Yay Olimpiya Oyunlarının programına qeyri-rəsmi salındı. 1896 16 mart — İngiltərə Uelsə 9:1 qalib gəldi. 1898 8 may — "Cenoa" ilk İtaliya çempionu oldu. 1899 — Futbolun 90 dəqiqə davam etməsi qəbul olundu. 1899 8 yanvar — "Frayburq" Cənubi Almaniya çempionu oldu. 1899 20 mart — "Sürix" ilk İsveçrə çempionu oldu. 1900 28 yanvar — Almaniya Futbol Federasiyası Lipzinq şəhərində quruldu. 1901 — "Şeffild Yunayted" — "Tottenhem" oyununu 110802 nəfər izlədi. 1901 16 may — Cənubi Amerikada ilk rəsmi oyun — Uruqvay — Argentina (2:3) keçirildi. 1902 — İngiltərədən başqa ilk beynəlxalq oyun — Avstriya — Macarıstan (5:0) oyunu keçirildi. 1903 — Top — fərqinin tədbiqi qərara alındı.

Müasirləşmə(1904–1950) 1904 — FİFA quruldu. 1906 — Qitələrarası ilk oyun — CAR — Braziliya (5:0) oyunu keçirildi. 1907 — Futbolçunun öz yarısahasında ofsayda düşməməsi qərara alındı. 1908 — Futbol Yay Olimpiya Oyunlarının proqramına salındı. 1913 — Qapıçıya ancaq cərimə meydanında əllə oynamasına qərar verildi. 1927 — Kornerdən birbaşa qapıya zərbə endirməyə icazə verildi. 1930 — Dünya çempionatı başladı.

Ən yeni futbol(1950–2014) 1991 — Hakimlər ilk dəfə başqa rəngdə forma geyməyə başladı. 1994 — Süni örtüklü meydanda rəsmi oyunların keçirilməsinə icazə verildi.

Kateqoriya:Futbol tarixi