Qəmər Məmmədova (tam adı: Qəmər Məlik qızı Məmmədova; 10 sentyabr 1954) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013).

Həyatı 10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. Azərb.Döv.Mədəniyyət və İncsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 2013-cü ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.

Əsas rolları: Sara xatun - («Sara xatun», N.Cəfərli) Nazlı - («Qarışqa yuvası», Ə.Qiyas) Güllü - («Vicdanın hökmü», H.Mirələmov) Sevgili - («Generalın son əmri», V.Səmədoğlu) I qadın - («Labirint», E.Hüseynbəyli) Anaxanım - («Axırı sakitlikdir», E.Hüseynbəyli) Hosuil Emmi - («IV Kin», Q.Qorin) İolanka - («Gecə soyğunçuları», M.Mitroviç) Gövhər xanım - («Məhv olmuş gündəliklər», İ.Əfəndiyev) Marianna – («Tədbirə qarşı tədbir», V.Şekspir) Madam Perye – («Haray», Z.Ağayev) Qadın – («İmperator», E.Hüseynbəyli) Kərbəlayı Qubadın arvadı – («Ər və arvad», Ü.Hacıbəyov) Anaxanım – («Əbləhlərin toyu», R.Əlizadə) Zibeydə – («Başsız meyid», H.Qəmbər) Nina – («Şeyx Sənan», H.Cavid) Missis Man – («Oliver Tvistin macəraları» Ç.Dikkens» Qarı nənə – («Göyçək Fatma» Azərbaycan Xalq nağılı) Sədəf qarı – («Əcəl atı» V.Əlixanlı) Qətibə müəllimə («Mən səni sevirəm – M.S.S» Ə.Əmirli) Nağılçı nənə – («Dörd əkizin nağılı» P.Pançev) Ceyran - (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev)

Filmoqrafiya O dünyadan salam (film, 1991) Həm ziyarət, həm ticarət... (film, 1995) Yalan (film, 2005) Cavad xan (film, 2009) Xəyanət(teleserial)

Kateqoriya:Azərbaycan aktrisaları