Mehriban Abdulla qızı Abdullayeva ( ) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Həyatı 15 may 1963-cü il Qax rayonunun Ləkit kəndində doğulub. 21 iyun 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1 sentyabr 1989-cu ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Əsas rolları Müşfiq (Rafiq Hüseynov) — Dilbər Səsin sehri (Tofiq Kazımov) — Nuriyyə Yazığam sevmə məni (Əkrəm Əylisli) — Şirin Məhəbbət bir bəladır (Əhməd Orucoğlu) — Səbinə Büllur sarayda (İlyas Əfəndiyev) — Aynur Mahmud və Məryəm (Elçin) — Aysulu Mənim ağ göyərçinim (Tamara Vəliyeva) — Sara Ana laylası (İskəndər Coşğun) — ana Şəhidlər (Bəxtiyar Vahabzadə) — Fərizə Qaraca qız (Süleyman Sani Axundov, Abdulla Şaiq) — Pəricahan Cənnətin üç alması (Nicat Kazımov) — Şirməmmməd Zorro (İspan xalq rəvayətləri əsasında) — Klaudia Mustafa (Orxan Asena) — Zübeydə xanım Ölüm hökmü (Elçin) — Firuzə Pəri Cadu (Ə. B. Haqverdiyev) — Hafizə xanım Aydın (C. Cabbarlı) — Böyükxanım Şelkunçik (E. T. A. Hofman) — ana Əcəl atı (V. Əlixanlı) — Sədəf qarı Mən səni sevirəm (Ə. Əmirli) — Sabah müəllimə Romeo və Cülyetta (U. Şekspir) — Ledi Kapuletti Pələng ili (F. Mustafa) — Sevda III Riçard (U. Şekspir) — Yelizaveta, kraliça Dovşanın ad günü (X. Əliyəbli) — tülkü Leyli və Məcnun (M. Füzuli) — Qeysin anası Çipollino (C. Rodari) — Qrafinya Albalı böyük bacı İstədiyim kimi yaşamışam (mono tamaşa, Vilyam Lyus) — qadın "Kod adı V. X. A" (M. Ələkbərzadə) — 2239 Firəngiz Rzayeva
Filmoqrafiya Solğun çiçəklər (film, 1987) Məşədi İbad-94 (film, 2005) Yoxlama (film, 2006) Pərvanələrin rəqsi (serial, 2012)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri