Robert Fogel (; d. 1 iyul 1926 - ö. 11 iyun 2013) — amerikalı iqtisadçı. İqtisadi tarix və yeni iqtisadi tarixlə bağlı tədqiqatları ilə tanınır. 1993-cü ildə Duqlas Nortla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar".

Həyatı Robert Fogel Nyu York şəhərində rus-yəhudi əsilli ailənin övladı kimi anadan olub. Robert Fogel 1944-cü ildə məşhur məktəb olan Stuyvesent Yüksək Məktəbindən məzun oldu.Lydialyle Gibson. The human equation. The University of Chicago Magazine. University of Chicago, May/June, 2007. 99/5. Sonra Kornell Universitetinə daxil olaraq burada tarix üzrə təhsil alıb. Həmin illərdə Gənc Amerikan Demokratlar birliyinin universitet yataqxanasında olan üzvlərinin rəhbəri olub. 1948-ci ildə məzun olduqdan sonra Kommunist partiyasının peşəkar təşkilatçısı oldu. 1960-cı ildə Kolumbiya Universitetində magistr, 1963-cü ildə isə Con Hopkins Universitetində doktorluq dərəcəsinə yüksəlir. Robert Fogel Con Hopkins Universitetində (1958-1959), Roçester Universitetində (1960-1965; 1968-1975), Çikaqo Universitetində (1964-1975; 1981) və Harvard Universitetində (1975-1981) mühazirələr dedi.

Robert Fogel İnid Kassandra Morqanla 1949-cu ildə evləmiş, 2 övlad sahibi olmuşdu.

Əsərləri The Union Pacific Railroad: A Case in Premature Enterprise, 1960. Railroads and American Economic Growth: Essays in Econometric History, 1964. Time on the Cross: The Economics of American Negro Slavery, 2 volumes, 1974. (Stenli İnqermanla birlikdə) Without Consent or Contract: The Rise and Fall of American Slavery, 2 volumes, 1989. Economic Growth, Population Theory and Physiology: The Bearings of Long-Term Processes on the Making of Economic Policy, 1994. The Slavery Debates, 1952-1990: A Retrospective . Baton Rouge: Louisiana State University Press, 2003. 106 pp. ISBN 0-8071-2881-3. The Fourth Great Awakening and the Future of Egalitarianism Chicago: University of Chicago Press, 2002 The Escape from Hunger and Premature Death, 1700-2100: Europe, America, and the Third World. New York: Cambridge University Press, 2004. 189pp. ISBN 0-521-80878-2.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Robert Fogel haqqında Nobel mükafatı e-muzeyində məlumat Robert Fogel haqqında məlumatlar Robert Fogelin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı Robert Fogelin müsahibəsi

İstinadlar

Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Kornell Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:Cons Hopkins Universitetinin məzunları Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Cons Hopkins Universitetinin müəllimləri Kateqoriya:Harvard Universitetinin müəllimləri