Ceyms Byukenen ( ) — amerikalı iqtisadçı. 1986-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyat və fəaliyyəti Ceyms Byukenen ABŞ-nin Tennessi ştatının Murfrisboro şəhərində anadan olub. 1940-cı ildə Orta Tennessi Normal məktəbindən () məzun olmuşdu. 1941-ci ildə Tennessi Universitetində magistr dərəcəsi, 1948-ci ildə isə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdi.
Ceyms Byukenen Virciniya Universiteti, Kaliforniya Universiteti, Los Anceles, Florida Ştat Universiteti, Tennessi Universiteti, Virciniya Politexnik İnstitutunda professor kimi işləmiş və son olaraq Corc Mason Universitetində fəxri professor kimi dərs keçmişdi.
Ceyms Byukenen iqtisadiyyat və politologiyanı birləşdirən İctimai seçim nəzəriyyəsinin ən məşhur nümayəndəsi, tədqiqatçısı və təkmilləşdirənidir. Bu xidmətlərinə görə ona 1986-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatı verilmişdir.
Əsərləri Public Principles of Public Debt: A Defense and Restatement The Calculus of Consent: Logical Foundations of Constitutional Democracy Public Finance in Democratic Process: Fiscal Institutions and Individual Choice The Demand and Supply of Public Goods Cost and Choice: An Inquiry in Economic Theory The Limits of Liberty: Between Anarchy and Leviathan Democracy in Deficit: The Political Legacy of Lord Keynes The Power to Tax: Analytical Foundations of a Fiscal Constitution (Coffrey Brennanla birlikdə) The Reason of Rules: Constitutional Political Economy (Coffrey Brennanla birlikdə)
Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
İstinadlar
Xarici keçidlər Ceyms Byukenen haqqında Nobel mükafatı e-muzeyində məlumat Ceyms Byukenen haqqında faktlar Ceyms Byukenenin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Virciniyada vəfat edənlər Kateqoriya:Çikaqo Universitetinin məzunları Kateqoriya:ABŞ iqtisadçıları