Aşıq Əli Tapdıqoğlu (Əli Tapdıq oğlu Quliyev; ) — Azərbaycan aşığı

Həyatı Ustadı Aşıq Xanmusadan 5 il dərs almışdır.

2000–2001-ci illərdə İraqda keçirilən Babilistan beynəlxalq festivallarına qatılmış, həmin festivalda "Azərbaycan" mahnısını ifa etmişdir.

2005-ci ildə "Lider" TV-də respublika aşıqlarının "Ozan" müsabiqəsinə dəvət edilmiş, 6 ay davam edən həmin müsabiqədə sazda çaldığı aşıq havaları və eləcə də ifa etdiyim mahnı və muğamlarla məşhurlaşmışdır. Həmin müsabiqədə Şirvan aşıq məktəbini layiqincə təmsil edərək qalib yerlərdən birini tutmuşdur.

2005-ci ildə Türkiyədə beynəlxalq festivala dəvət almış və qalib kimi Azərbaycana qayıtmışdır.

2009-cu ildə Fransada keçirilən beynəlxalq festivalın təmsilçisinə çevrilərək aşıq sənətini layiqincə təmsil edə bilmişdir. 2011-ci ildə Belarusiyanın Babulski şəhərində keçirilən festivalda da iştirak edib.

"Lider" TV-də yayımlanan "Maşın" realiti-şousunun iştirakçılarından biri olmuşdur.

İstinadlar

Ədəbiyyat Qələndər Xaçınçaylı, Aşıq Əli: "Azərbaycanda haqq aşığı yoxdur" (Aşıq Əli Tapdıqoğlu ilə müsahibə), "Həftə içi" qəzeti. - 2013. - 26 aprel. - Səh.8.

Xarici keçidlər Gözəlləmə Aşıq Mahnısı. İfa edir: Aşıq Əli Tapdıqoğlu — YouTube saytı

Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Maşın Şounun iştirakçıları