Con Neş (; ) — amerikalı riyaziyyatçı və iqtisadçı.

Oyunlar nəzəriyyəsindəki tədqiqatlarına görə 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını Reynhard Zelten və Con Xarsani ilə bölüşmüşdür. Eyni zamanda diferensial həndəsə və qismi diferensial tənliklər sahələrindəki tədqiqatları ilə də tanınır. Nəzəriyyələri bazar iqtisadiyyatı, hesablama, təkamül biologiyası, süni intellekt, mühasibat, siyasət və hərbi nəzəriyyələrdə istifadə olunur.

Həyatı Con Neş bakalavr və magistr təhsilini Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) tamamladıqdan sonra doktorluq dərəcəsinə yüksəlmək üçün Prinston Universitetinə getdi. 21 yaşında hazırladığı doktorluq dissertasiyası olan Oyunlar nəzəriyyəsi uzun illər sonra, 1994-cü ildə ona İqtisadiyyat üzrə Nobel mükafatını qazandırmışdı. Con Neş Con fon Neymanın kəşfi olan Oyunlar nəzəriyyəsindəki problemləri həll edib, onu istifadəyə yararlı hala gətirdi. Con Neş 30 yaşına qədər parlaq düşüncələri və gözə gəlimli şəxsiyyətinə görə sürətlə yüksələrək riyaziyyat toplumunun qabaqcıl şəxslərindən biri oldu. Massaçusets Texnologiya İnstitutunda professor olaraq işləməyə başlayarkən Alisa Lerdi ilə tanış oldu. Lerdi həmin vaxt hələ fizika tələbəsi idi. Con Neşin şizofreniya problemləri başlamazdan əvvəl cütlüyün bir oğlu oldu. Con Neş həmçinin Soyuq müharibə dövründə ABŞ ordusunda gizli şifrələrin açılmasında iştirak etmişdi.

Xəstəliyinin ilk göstəriciləri 1958-ci ildə özünü büruzə verməyə başladı. Otaq yoldaşı olmamasına baxmayaraq ətrafındakılara otaq yoldaşı haqqında danışaraq onları qorxutmuş və otaq yoldaşı ilə xəyali söhbətləri onun şizofreniyadan əziyyət çəkdiyini ortaya çıxartmışdı."Oscar race scrutinizes movies based on true stories" . USA Today. March 6, 2002. Retrieved January 22, 2008."List of Oscar Winners" . USA Today. March 25, 2002. Retrieved August 30, 2008.Yuhas, Daisy. "Throughout History, Defining Schizophrenia Has Remained A Challenge (Timeline)" . Scientific american Mind (March 2013). Retrieved March 2, 2013. Daha sonra səy göstərərək bu xəstəliyin öhdəsindən gəlmişdi.

Alisa Lerdi və Con Neş cütlüyü 1963-cü ildə boşandı və 1970-ci ildə yenidən barışdılar. Tez-tez araları dəyib yenidən barışan cütlük özləri haqqında "bir dam altındakı iki yad" bənzətməsini etmişdi. Con Neş 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldükdən cütlük yenidən barışdı və 1 iyun 2001-ci ildə yenidən evləndilər.

Con Neş 1945–1996-cı illərdə 23 elmi tədqiqat nəşr etdirdi, həmçinin "Oyunlar haqqında esselər" (1996) və "Con Neşin əsas özəlliyi" adlı kitablar yazdı. Bundan əlavə "Hex" və "So Long Sucker" adlı iki məşhur oyunun müəlliflərindən biridir. Con Neş Prinstonda riyaziyyatla bağlı tədqiqatlar aparırdı.

Onun həyatı haqqında "Ağıl oyunları" () filmi çəkilmişdir.

Con Neşin 23 rəqəmi ilə bağlı inancı vardı. Belə ki, o, cəmi 23 məqalə nəşr etdirmişdi.

Con Neş 21 avqust 2009-cu ildə ürək tutması keçirdi. Dörd gün xəstəxanada yatdıqdan sonra özünə gəldi və evinə qayıtdı.

23 may 2015-ci ildə öz həyat yoldaşı ilə avtomobil qəzasının nəticəsində vəfat etmişdir.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Con Neş haqqında Nobel mükafatı e-muzeyində məlumat Con Neş haqqında faktlar Con Neşin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı Con Neşin müsahibəsi Con Neşin şəkilləri

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Karnegi Mellon Universitetinin məzunları Kateqoriya:Prinston Universitetinin məzunları Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:ABŞ ateistləri Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:XXI əsr riyaziyyatçıları Kateqoriya:ABŞ riyaziyyatçıları