thumb|I dərəcəli gəminin takelaj sxemi, 1771 Takelaj (Этимологический словарь русского языка Макса Фасмера «Такела́ж род. п. -а, стар. такалаж, Уст. морск. 1720 г.; см. Смирнов 287. Из голл. takelage — то же; см. Мёлен 208 и сл. Такелажме́йстер — из голл. takelagemeester; см. Мёлен, там же», və ya takelЭтимологический словарь русского языка Макса Фасмера «Та́кель м. — оснастка судна. Из нидерл. tаkеl или нж.-нем. takel; см. Мёлен 208; Круазе ван дер Коп, ИОРЯС 15, 4, 16»Мацкевич В. Д. Основы технологии судостроения: Учебник. — С.283 — Ленинград: Судостроение, 1980.) — gəminin, dirəyin və ya ranqout hissəsindəki yelkənlərin və ranqoutun bərkidilməsi, saxlanılması və idarə olunması üçün istifadə edilən tros, kanat və zəncirlərdən ibarət sistemdir. Quruda isə ağır və iri həcmli yüklərin qaldırılması, daşınması və quraşdırılması prosesidir.
Dənizçilikdə takelaj əsasən dayanıqlı takelaj və hərəkətli takelaj olmaqla iki növə ayrılır. Dayanıqlı takelaj ranqoutun ayrı-ayrı hissələrini lazımi vəziyyətdə saxlamaq və onları möhkəm bərkitmək üçün istifadə olunur. Hərəkətli takelaj isə yelkənlərin qaldırılması, endirilməsi və idarə olunması, habelə ranqoutun ayrı-ayrı hissələrinin vəziyyətinin və istiqamətinin dəyişdirilməsi üçün istifadə olunur.
Dayanıqlı takelaj üçün iri gəmilərdə, əsasən, ən möhkəm və uzunömürlü olduqları üçün xarici səthi sinklənmiş polad və ya dəmir troslardan istifadə olunur. Kiçik gəmilərdə isə bəzən qatranla hopdurulmuş çətənə və ya sintetik troslardan da istifadə edilir. Dayanıqlı takelajın bəzi hissələrində zəncirlərdən də istifadə olunur. Məsələn, zəncirli borq üzərində aşağı rey asılır. Bu məqsədlə daha çevik olması üçün aralıq dayaqları olmayan, qısa halqalardan ibarət zəncirlərdən istifadə edilir. Hərəkətli takelaj üçün elastik polad, çətənə və sintetik troslardan istifadə olunur. İstinadlar
Mənbələr Морской словарь. М.: Воениздат, 1959. Морской энциклопедический словарь. Л.: Судостроение, 1991. ISBN 5-7355-0280-8
Xarici keçidlər
Kateqoriya:Takelaj