Xames Rodriqes () — Kolumbiya milli yığmasının və İspaniyanın Rayo Valyekano klubunun futbolçusu.

Şəxsi Həyatı Xames 12 iyul 1991-ci ildə Kolumbiyanın Kukuta şəhərində doğulub. Evlidir və bir qızı var. xristiandır.

Kulub karyerası

Enviqado Xammes Rodriqers peşəkar karyerasına 2007-ci ildə Enviqado kulubunda başlayıb. Enviqado kulubunda bir mövsü keçirib. Bu bir mövsümdə 30 oyuna çıxaraq 6 qol vurub.

Banfiend 2006–2007-ci illər mövsümündə Xames 2,6 milyona Banfiend kulubuna transfer olunub. Burada 3 sezona 45 oyuna çıxan Xames 5 qol vurmuşdur.

Portu

2010–2011 Xames 2010-cu ildə 6.4 $ milyona 4 illiyə Portuya transfer olunub. Premyer Liqada ilk mövsümdə 32 oyuna 6 qol vurdu və 18 məhsuldar ötürmə ilə yadda qaldı.

2011–2012 bu sezonda 26 maçda 12 qol vuraraq özünün yeni rekordunu müəyyənləşdirmişdir.

2012–2013 2012–2013 mövsümündə də Xames Portuda oynadı. Bu mövsümdə 38 oyuna çıxan Xames 18 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Monako 15 may 2013-cü ildə Xames Monakoya 45 $ milyona transfer olunub. İlk mövsümdə Liqada 34 oyun keçirən Xames 9 qol vurub.

Real Madrid 2014-cü il 22 iyul yay transfer pəncərəsində Real Madrid onu heyətinə cəlb etdi. Real Madrid onu 80 milyona 6 illiyə almışdır. Burada 77 oyun keçirərək rəqib qapılarına 28 qol vurub. Real Madriddə son qolunu Departivoya vurub. Bu oyun Real Madridin 6–2 qələbəsi ilə qurtarıb. Müqavilənin vaxtı bitməmiş 2017-ci il yay transfer pəncərəsində 11 iyul Bayern Münhenə transfer olunub.

Bayern Münhen 11 iyul 2017-ci ildə Xames Bayern Münhenlə 2 illliyə icarə əsasında transfer olundu. Bavariyada o 1 oyun keçirib. Bu oyun 19 iyul 2017-ci ildə Bayer Münhen–Arsenal oyunu olub. Bu matç İnternational kubokda keçrilib. Matç 1–1 hesabı ilə bitib. Əlavə vaxtda da hesab açılmadığından oyun penaltilər seriyasına qədər uzanıb. Penaltilər seriyasında isə Arsenal 3–2 hesabı ilə qalib gəlib.

Rayo Valyekano Xames 26 avqust 2024-cü ildə İspaniyanın Rayo Valyekano klubuna qoşulub.

İstinadlar

Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Everton FK futbolçuları Kateqoriya:Olimpiakos FK futbolçuları Kateqoriya:San-Paulu FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Legioner Kolumbiya futbolçuları Kateqoriya:Kolumbiyanın kişi futbolçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:2015 Kopa Amerika futbolçuları Kateqoriya:2019 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerika Sentenario futbolçuları Kateqoriya:Kolumbiya milli futbol komandası futbolçuları Kateqoriya:Portu FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:ABŞ-də legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları