Manon Leska () — Cakomo Puççininin İllika Luici və Marko Praqinin librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından ikincisi sayılır. Librettosu Antuan Fransua Prevonun eyniadlı romanı əsnasında yazılmışdır. Əsərin ilk premyerası 1 fevral 1893-cü ildə Turində olmuşdur.

Operadakı hadisələr XVIII əsrdə, Fransa və onun Amerikadakı müstəmləkələrindən birində baş verir.

Personajlar

PersonajlarSəslərManon LeskasopranoKavaler de Qrie, tələbətenorLesko, kral qvardiyasının serjantıbaritonGeront de Ravuar, varlı fermerbasEdmont, tələbətenorMehmanxana sahibibasSerjantbasGəmi kapitanıbasFənərçitenor

I Pərdə Fransanın şimalında yerləşən Amyen şəhərinin poçtunun həyəti. Manon bura qardaşı kral qvardiyasının serjantı Lesko ilə birlikdə gəlir. Burada təsadüfən Manon tələbə de Qrie ilə tanış olur. Manon deyir ki, onun ailəsi onu monastra göndərmişdir və qardaşı ona bu yolçuluqda yoldaşlıq edir. De Qriedə Manona qarşı ehtiraslı eşq oyanır. Manonanı, qoca və varlı mülkədar Geront özünə arvad almaq fikrindəbir. O, hesab edir ki, onun varı qarşısında Manon buna razı olacaq. Lakin Maon de Qrie aşiqdir. Onlar de Qrienin tələbə yoldaşı Edmon vasitəsilə qoca mülkədarın planından xəbər tuturlar və Gerontun Manonu aparmaq üçün kirayələdiyi ekipajla qaçırlar.

II Pərdə Gerontun malikanəsi. Manon yoxsul həyatına dözməyib, qardaşının təkidi ilə Geronta razı olur. Lakin daim de Qrieyə olan eşqini düşünmür. Qoca Geront yataq otağına daxil olaraq ounla maraqlanır. Sonra gedir. qəfildən de Qrie peyda olur. Onlar hər şeyi unudub bir-dirinin qucağına atılırlar. Qoca Geront bunu görür. Manon ona gülür, qoca oranı tərk edərək məkirli bir qisas plan qurur. De Qrie Manona onunla qaçmağı xahiş edir. Manon özü ilə zinyət əşyalarını götürərək onunla qaçır. Manonu qoca Gerontun bir sözü daim narahat edir: "Xəzinədar əgər istəsə kraliçanı pozğun və oğru kimi qələmə verə bilər". Budur Manon yaxalanaraq həbs edilir. O, oğurluqda günahlandırılır.

III Pərdə Fransanın Havr şəhərində amerika müstəmləkəsinə yola salınmaq üçün hazırlıq görülür. Gəminin əsas sərnişinləri, səfillik, oğruluq və əyyaşlık üstündə tutulmuş qadın dustaqlardır. Bunların içərisində Manon Leska da vardır. De Qrie və serjant Lesko gözətçiləri pulla alıb Manonun qaçışını təşkil edirlərsə, plan baş tutmur. Gəmi qadınlarla yola düşər düşməz de Qrie kapitana onu da göyərtəyə götürməsini yalvarır və gəmi kapitanı razılaşır.

IV Pərdə Sürgün həyatı dəhşət və zülm içində keçir. Bundan əlavə koloniya rəisinin oğlu zorla Manonaya yiyələnmək istəyir. Bunu görən de Qrie onu öldürmək məcburiyyətində qalır. Onlar ac-suz çöllərə düşürlər. Manona de Qrienin qoları üstündə canını tapşırır: "Mənim suçumu zaman udacaq, cinayətim unudulacaq. Amma eşqim heç zaman ölməyəcək".

Xarici keçidlər Notlar və Audiolar Qısa məzmun Lesko operasının librettosu Cari tamaşalar

Kateqoriya:Əlifba sırasına görə operalar Kateqoriya:İtalyanca operalar Kateqoriya:Cakomo Puççininin operaları