İlona Staller və ya Çiççolina () — İtaliya pornoaktrisası, müğənnisi və siyayasətçisidir.
Həyatı Anna İlona Staller 26 noyabr 1951-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə doğulub. 1964-cü ildə model agentliyində işləməyə başlayıb. İtalyan vətəndaşı ilə ailə qurduqdan sonra İtaliyaya köçmüş və buranın vətəndaşlığını almışdır. 1970-ci illərdə rejissor Rikardo Skikki ilə tanış olaraq, bir sıra porno janrlı filmlərdə iştirak etmişdir. Populyarlıq qazandıqdan sonra özünə Çiççolina ləqəbini götürmüşdür. 1992-ci ildə sonuncu pornoqrafik filmə çəkilir və 1996-cı ilə qədər digər janrlı filmə iştirak edir.
1979-cu ildən Çiççolina Yaşıllar partiyasına qoşulur. İtaliyanın siyasi arenasında aktivliyi ilə seçilir. Nüvə silahının yayılmasına, İtaliyanın NATO üzvlüyünə qarşı çıxışlar edir. 1987-ci ildə isə 20 min səs yığaraq Romanın Latsio rayonundan parlamentə deputat seçilir. 1991-ci ildə "Sevgi partiyası" adlı siyasi cərəyanın əsasını qoyur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya siyasətçiləri Kateqoriya:İtaliya pornoaktrisaları Kateqoriya:Budapeştdə doğulanlar Kateqoriya:Aktyor-siyasətçilər Kateqoriya:Macarıstan pornoaktrisaları