400px|thumb|right|Nessi muzeyinin çölündə Nessinin maketinin düzəldilməsi

Lox-Ness gölü bədheybəti () və ya Nessi () — Şotlandiyanın Ness gölündə yaşadığı iddia edilən əfsanəvi heyvandır. Onun tam adı "Loch Ness Monster" (Lox-Ness gölü bədheybəti) kimi qeyd olunur. İlk dəfə 1933-cü ildə dünya mətbuatında yer alsa da, onun haqqındakı rəvayətlərin tarixi VI əsrə gedib çıxır. Bədheybətin mövcudluğunu iddia edənlər onu Plesiosauria dəstəsinə aid edirlər. Bununla belə, elm adamları Nessinin həqiqətən mövcud olduğuna inanmırlar.

Tarixdə

Müqəddəs Kolumba (VI əsr) VII əsrdə Adomnan tərəfindən yazılmış "Müqəddəs Kolumbanın həyatı" əsərində bildirilir ki, Lox-Ness çayında bir adam "su yırtıcısı" tərəfindən öldürülür.

1933-cü ildə bədheybəti görənlər 22 iyul 1933-cü ildə Corc Spayser və onun arvadı yoldan keçən böyük bədənə sahib bir varlıq görürlər.

1933-cü ilin avqustunda gecə vaxtı Artur Qrant suiti və pleziozavrın hibridi olan, uzun boyunlu bir heyvan görür və o, iddia edir ki, Nessie də Arturu gördükdən sonra gölə qayıdır.

Şəkillər və videolar

"Cərrahın şəkli" (1934) 1934-cü ilə aid olan bu şəkildə bədheybətin başı və boynu görünür. Şəklin belə adlandırılması onu çəkən Robert Kennet Uilsonun öz adının istifadəsindən imtina etməsi ilə bağlıdır. Bəzi alimlər bu şəklin saxta, digərləri isə həqiqi olduğunu bildirir. Alastair Boyd şəklin saxta olduğunu qeyd etsə də, bunun Nessinin mövcud olmaması demək olmadığını vurğulayır. Şəkildə görünən varlığı fil və ya su quşları ilə müqayisə edirlər.

Kinolarda 2007-ci ildə "Su atı" adlı film çəkilmişdir .

İstinadlar

Həmçinin bax Qar adamı

Xarici keçidlər Nessie haqqında əfsanə

Kateqoriya:Sirlər Kateqoriya:Su kriptidləri Kateqoriya:Avropa mifologiyası Kateqoriya:Şotlandiyanın görməli yerləri