Kirovoqrad vilayəti () (danışıq dilində: Kirovoqradşina) — Ukraynanın mərkəzi hissəsində yerləşən vilayətdir. 1939-cu il yanvarın 10-da Ukrayna SSR-in tərkibində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Vilayətin mərkəzi Kirovoqrad şəhəri olmuşdur. Şəhərin adı 2016-cı il iyulun 14-dən etibarən Kropivnitski olaraq dəyişdirilmişdir. Vilayətin adının dəyişdirilməsi məsələsi 2019-cu ildən Ukrayna Ali Radasında müzakirə olunur. Vilayət Dnepr və Cənubi Buq çayları arasındakı ərazidə, Dnepryanı yüksəkliklərin cənub hissəsində yerləşir. İnzibati mərkəzi və ən böyük şəhəri Kropivnitskidir. Digər iri şəhərləri Aleksandriya, Svetlovodsk, Znamenka, Dolinskaya, Novoukrainka, Qayvoron, Novomirqorod və Bobrinetsdir. Vilayətin ərazisinin demək olar ki, hamısı Dnepr çayının sağ sahilində yerləşir. Şimalda Çerkası, şimal-şərqdə Poltava, cənubda və cənub-şərqdə Dnepropetrovsk, cənubda Nikolayev və Odessa, qərbdə isə Vinnitsa vilayətləri ilə həmsərhəddir. Qeyd etmək lazımdır ki, Dobrovelıçkovka qəsəbəsi Ukraynanın coğrafi mərkəzi hesab edilirdi. Sonralar Ukraynanın Dövlət Təbii Sərvətlər Komitəsi ölkənin coğrafi mərkəzinin Maryanovka kəndi olduğunu müəyyən etmişdir. İnzibati-ərazi quruluşu İnzibati mərkəzi — 2016-cı il iyulun 14-də dekommunizasiya prosesi çərçivəsində adı Kirovoqrad şəhərindən Kropivnitski şəhərinə dəyişdirilmişdir. Vilayətin özü isə hələ də əvvəlki adını saxlayır, çünki onun adının dəyişdirilməsi üçün adi qanunun qəbul edilməsi kifayət etmir — bunun üçün Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi tələb olunur. 2018-ci il noyabrın 20-də Ukrayna Ali Radasının deputatları vilayətin adının Kropivnitski vilayəti olaraq dəyişdirilməsinə səs vermişlər.

Vilayətdə yerli özünüidarəetməni Kirovoqrad Vilayət Şurası, icra hakimiyyətini isə vilayət dövlət administrasiyası həyata keçirir. Vilayətin rəhbəri Ukrayna Prezidenti tərəfindən təyin edilən vilayət dövlət administrasiyasının sədridir. Şəhərləri Kropivnitski Aleksandriya Blaqoveşenskoye Bobrinets Qayvoron Dolinskaya Znamenka Malaya Viska Novomirqorod Novoukrainka Pomoşnaya Svetlovodsk

Görməli yerləri Pomоşna şəhərində (Kropivnitski şəhərindən çox da uzaqda deyil) unikal memarlıq abidəsi — dünyada ilk hiperboloid konstruksiyalardan biri olan polad torşəkilli su qülləsi yerləşirСм. . Pomоşna hiperboloid qülləsi görkəmli mühəndis və alim Vladimir Qriqoryeviç Şuxovun layihəsi əsasında inşa edilmişdirСм. . Dünyada V. Q. Şuxov tərəfindən tikilmiş bu cür qüllələrdən (iki yüzdən çox qüllə arasından) cəmi on biri salamat qalmışdırСм. . Onların ən məşhuru Moskvada, Şabolovkada yerləşən Şuxov qülləsidir. Sonralar hiperboloid konstruksiyalar bir çox məşhur memar tərəfindən inşa edilmişdir. Onların arasında Qaudinin, Le Korbuzyenin və Oskar Nimeyerin adlarını çəkmək olar.

Bobrinets şəhərində tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Memarlıq abidələri arasında 1912-ci ildə inşa edilmiş Voznesenski kilsəsi (memarı — Y. V. Pauçenko) və Müqəddəs Nikolay kilsəsi xüsusi yer tutur. Şəhər parkında Ukrayna teatrının görkəmli nümayəndəsi Mark Kropivnitskinin abidəsi ucaldılmışdır. O, İvan Karpenko-Karı (Tobileviç) ilə birlikdə 1860-cı illərdə Bobrinetsdə həvəskar dram dərnəyi yaratmışdır. Şəhərdə müasir velosiped dayanacaqları quraşdırılmışdır ki, bu da Ukraynanın hər yerindən velosəyahətçiləri cəlb edir.

Qalereya

İstinadlar

Kateqoriya:Ukrayna vilayətləri Kateqoriya:Kirovoqrad vilayəti Kateqoriya:1939-cu ildə yaranmış dövlətlər və ərazilər