Ceyms Naxtvey (; d. 14 mart, 1948, ABŞ) — ABŞ fotojurnalisti və hərbi fotoqrafı.

Həyatı Ceyms Naçvey 14 mart 1948-ci ildə ABŞ-də anadan olub. İş həyatına 1976-cı ildə "Albuquerque" qəzetində fotoqraf kimi başalamış və 1980-ci ildən Nyu-Yorka köçərək karyerasını müstəqil fotoqraf kimi davam etdirib.

Həyatının uzun illərini Salvador, Nikaraqua, Qvatemala, Livan, Qəzzə, İsrail, İndoneziya, Tayland, Əfqanıstan, Somali, Sudan, Ruanda, Çeçenistan, Bosniya və Kososva kimi kritik nöqtələrdə baş verən konfliktləri və müharibələri dünyaya göstərmək üçün çalışan fotoqraf bir neçə dəfə qaynar bölgələrdə xəsarət də alıb.

Haqqında 2001-ci ildə İsveçrəli kinorejissor Kristian Frey () fotoqraf Ceyms Naxtvey haqqında "Müharibə fotoqrafı" () adlı sənədli film çəkib. Film bir dəfə "Oskar" mükafatına namizəd göstərilib və altı dəfə başqa nüfuzlu mükafatlara layiq görülüb.

İstinadlar

Ədəbiyyat Orxan Əzim, "Dünyanın nüfuzlu fotoqrafları: Ceyms Naçvey", "Kitabçı" jurnalı №4 iyun 2014. səh. 13.

Kateqoriya:ABŞ fotoqrafları Kateqoriya:Dartmut Kollecinin məzunları Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:ABŞ fotojurnalistləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:XX əsr jurnalistləri