Prut (, , ) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45–50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır. Leovo şəhərinədək gəmiçiliyə yararlıdır. 1978-ci ildə Rumıniya ilə Moldova arasında çayın üzərində həcmi 1085 milyon m³ olan su anbarı ilə birlikdə hidrotexniki qovşaq tikilmişdir. Yaremça, Kolomıya, Siyatın, Çernovtsı, Novoselitsa, Ungenı, Leovo şəhərləri Prut sahilində yerləşir.

1941-ci ildə K. A. Qasımov bir neçə döyüşçü ilə Prut üstündəki mühüm strateji əhəmiyyətli 3 körpünü partlatmış və alman-faşist qoşunlarının sol sahilə çıxmasını xeyli ləngitmişdi.

Həmçinin bax Birlad (çay)

İstinadlar

Kateqoriya:Ukrayna çayları Kateqoriya:Moldova çayları Kateqoriya:Rumıniya çayları Kateqoriya:Dunayın qolları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Avropanın beynəlxalq çayları