Kristina Bauer — fransız qadın voleybolçu. Norveçdə yaşayan fransız ailələrindən birində dünyaya göz açmışdır. Mövqeyi orta blokçudur. Hündürboy voleybolçudur (1.96 m). Fransızca, italyanca, ingiliscə və norveçcə bilməsi ilə, həmçinin də çalışqanlığı ilə öz həmkarlarından seçilir. Fənərbaxça komandasının şərəfini qoruyur. 2007-ci ildən bəri stabil olaraq milli komandasına dəvət alır. Eyni zamanda Fransa voleybolunun yetişdirdiyi ən güclü voleybolçulardan hesab olunur.
Karyerası Voleybolçunun həvəskar karyerası Fransanın iki fəqli klubunda keçmişdir. 2004-cü ildə (16 yaşında) ASPTT Mulhouse komandası ilə peşəkar karyerasında ilk addımını atan Kristina bu klubda ulduzlaşmağa başlamışdı. Öz şəxsi irəliləyişinə baxmayaraq voleybolçu bu klubda altı il boyunca Fransa çempionatını qazana bilməmişdi. Bunun səbəbkarı isə Kann komandası idi. Belə ki, bu klub Fransa voleybolunda böyük hegomoniyaya sahibdir.
2007-ci ildə Fransa komandası ilə birlikdə Voleybol üzrə qadınlararası Avropa çempionatına aparılan heyətdə yer almışdı. 2010-cu ildə nəhayət Milhauzu tərk edərək İtaliyaya getmişdi. Burada yerli Yamamay Busto Arsizio komandası ilə anlaşaraq karyerasındakı ən güclü liqada iştirak edə bilmişdi. Söhbət İtaliya Qadınlar Voleybol Çempionatından gedir. 2011-ci ildə bu turnirdə qalib olaraq ilk kubokunu qaznamışdı. Həmin il İtaliya Kubokunu da qazanan Yamamayın əsas oyunçularından biri də Kristina Bauer idi. Bauer mövsümün sonunda İtaliya superkubokunda da qızıl medalı boynundan asmışdı.
2013-cü ildə Fənərbaxça ilə razılıq əldə edən voleybolçu burada klubla bir illik müqavilə imzalamışdı.SARI MELEKLER’E YENİ TRANSFER O, İstanbul komandası ilə birlikdə 2013-14 mövsümünün sonunda CEV Kubokunu qaldırmışdı.F.BAHÇE'DEN 1 GÜNDE 2 AVRUPA ŞAMPİYONLUĞU! Bu voleybolçunun ikinci belə uğuru idi. Belə ki, o, daha öncə Yamamayla da bu uğuru qazanmışdı. 2014-cü ildə Fənərbaxça ilə yaşadığı uğurlu mövsümü nəzərə alaraq klub olan müqaviləsini 2015-ci ilə qədər uzatmışdır.Christina Bauer 1 yıl daha Fenerbahçe’de
Uğurları Klublar ilə İtaliya çempionatı: 1 2011-2012
İtaliya kuboku 2011-2012
İtaliya superkuboku 2011-2012
CEV kuboku: 2 2011-12, 2013-14
İstinadlar
Kateqoriya:Fransa voleybolçuları Kateqoriya:Yamamay Busto Arsizio QVK futbolçuları Kateqoriya:Qalatasaray QVK voleybolçuları Kateqoriya:Fənərbaxça QVK voleybolçuları