Nicat Mirəziz oğlu Kazımov () — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013).
Həyatı Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Musiqi Akademiyasında və Bakı Xareoqrafiya Akademiyasında dərs deyir.
2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib.
2024- 2025 - ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində Konstantin Raykinin Səhnə Sənətləri Ali Məktəbində dram teatrı rejissorluğu üzrə əlavə peşə təhsili alıb.
Şəxsi həyatı Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var.
Mükafatları 25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
2018-ci ildə Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
14 avqust 2019-cu ildə "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 2021-ci ildə bir daha "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub. 2022-ci ildə "Şücaətə görə" və "Nizami" medalları ilə təltif olunub.
Quruluş verdiyi tamaşalar Nicat Kazımov. Tık-tık və Tuk-tuk (1996); Nicat Kazımov. Cənnətin üç alması (1997); Nicat Kazımov. Qırmızı papaq (1998); Samuil Marşak. Кошкин дом (rus bölməsi) (1999); Nicat Kazımov. Ələddinin sehrli çirağı (2000); Nizami Gəncəvi. Xeyir və Şər (2001); Rəsul Rza. Ana qaz (2001); M. Haqverdiyev. Ah qadınlar, qadınlar (2002); M. Haqverdiyev. О женшины, женшины (rus bölməsi) (2002); Nicat Kazımov. Золушка (rus bölməsi) (2003); Əbdürrəhim bəy Haqverdiyev. Pəri cadu (2007); Nicat Kazımov. Çəkməli pişik (2008); Samuil Marşak. Pişiyin evi (2009); Blangi Marvin. Yatmış gözəl (2010); Eduardo De Filippo. Kabuslar (Milli Akademik dram teatrı) (2011); Mate Vişnek. Qoca kloun (2012); Kamran Ağabalayev, Nicat Kazımov. Hekayəti şahzadeyi Xəzər (2012). Rey Kuni "Zorən şorgöz" (Milli akademik dram teayrı) (2013) Abdulla Şaiq "Danışan gəlincik" (2013) Yevgeni Şvarts "Kölgə" (Milli Akademik dram teatrı) (2014) "Qoğal" nağıl tamaşa (2014) "Çirkin ördək balası" (2015) "Tarixin canlı səhifələri −1 " (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2014 "Tarixin canlı səhifələri −2 " Qadın Hökmdarlar (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2014 "Tarixin canlı səhifələri −3 " 1941–1945 (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2015 Əziz Nesin. "Öldür məni, can-ciyər" (Qaqauz Milli Teatrı, Moldova, 2016) "Sarı gəlin" (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2015 Məhəmməd Füzuli. "Leyli və Məcnun" (2016) "Bremen musiqiçiləri" Azərbaycan və Rus dillərində 2018 E. Şmit "Tanrıya 14 məktub" 2019 windsor horse show 2018–2019–2021 — 2022 Tələbə baharı "NƏSİMİ" 2019 Möcüzəli pillələr" 2019 Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş "Yenilməzlər" adlı şou — 2019 "Sindibad" 2019 "Sindibad" rok opera 2018 Eduardo de Filippo "Filumena Marturano" — (Milli Akademik dram teatrı) (2021) A. P. Çexov "Qağayı" — (Gənc tamaşaçılar teatrı) (2022) Şuşada keçirilən 1-ci Beynəlxalq Kulinariya festivalı (2022) Şuşada keçirilən Vaqif poeziya günləri "Əsr lərin sədası" (2022) İlqar Fəhmi "Balaca Kİşilər"(Milli Gənc Tamaşaçılar Teatrı) (2023) "Göyçək Fatma" - (Akademik Milli Dram Teatrı) (2023) "El bilir ki, sən mənimsən" Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir (Milli Gənc Tamaşaçılar Teatrı) (2023) "Qorqud Ata" Film festivalının bağlanışı - (2023) Ədəbiyyat Formunun Açılışı - (2023) "Gerçəkləşməyən arzular" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024) "Xıdır Nəbi" - (H. Əliyev Sarayı) (2024) "Zəfərin 4 anı" - (H. Əliyev Sarayı) (2024) P. Seyidli "Ümid Nəğməsi" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024) A. Şaiq "Tık-tık xanım" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024) Türksoyun Tələbə tamaşaları festivalının açılış və bağlanış tədbirləri (2024) "Bir qalanın Sirri" - (Akademik Milli Dram Teatrı) (2024) İ. Fəhmi - "Qızım Qızılım" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024) Bomarşe - "Fiqaronun Toyu" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024) V. Şekspir - "Maqbet" əsəri əsasında- "Ledi Maqbet" - (Akademik Milli Dram Teatrı) (2024) R. Kuni - "Şorgöz" - (Gəncə Milli Dram Teatrı) (2024) Şukşin - "İmtahan" - ( Konstantin Raykinin Səhnə Sənətləri Ali Məktəbi) (2025) I. Fəhmi - "Şah Abbas Namə" (Milli Gənc Tamaşaçılar Teatrı) (2025) Ü. Hacıbəyli "Leyli və Məcnun" operası (Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı) (2025) "Zəfər Andı" - (H.Əliyev Sarayı) (2025)
Filmoqrafiya Spasibo (film, 1998) - Aktyor: Abbasəli Mən sənin dayınam (film, 2001) Cavanşir (film, 2002) - Film səsləndirən: Tarix müəllimi;Əlibala Bir anın həqiqəti (film, 2003) - Aktyor: Eldar Əliyev Sonuncu şahid (film, 2004) - Aktyor: Kapitan Sərvətov Qızlar (film, 2007) Sirat körpüsü (film, 2007) Daş atan (film, 2009) Qağayı (film) (Polşa filmi) Tahirənin intiqamı (teleserial) 100 kağız (film, 2015) "Əli və Nino" çoxseriyalı film (Naxararyan obrazı) "QUL" (film 2019)
İstinadlar
Xarici keçidlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Sarı gəlin" tamaşası nümayiş olunub "Sarı gəlin" tamaşası "Sarı gəlin" tamaşası və filminin təqdimatı keçirilib Премьера спектакля "Сары гялин" "Sarı gəlin" tamaşasının premyerası keçirildi
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Şabranda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları