Kiçik edda () — Snorri Sturlusonun 1222-1225-ci illər arasında İslandiyada qələmə aldığı yazılmış və skaldik poeziyası dərsliyi kimi nəzərdə tutulmuş əsəridirFaulkes, Anthony (1995). Edda. Everyman. ISBN 0-460-87616-3 Nəsr eddası, Snorrinin eddası olaraq da bilinir. Nəzm eddası ilə bərabər German-skandinav mifologiyasının öyrənilməsində ən böyük qaynaqdır.Dörd hissədən ibarətdir və German-Skandinaviya mifologiyasından mövzulara əsaslanan qədim şeirlərdən çoxsaylı sitatları ehtiva edir.
Edda evhemeristik (evhemerizm mif şərhinin hermenevtik nəzəriyyəsidir, ona görə din ölü və ya yaşayan "böyük adamlar" kultundan yaranmışdır) proloq və üç ayrı kitabla başlayır: "Gylfaginning" "Qulvinqin görmələri" (təqribən 20.000 söz), Skáldskaparmál (təxminən 50.000 söz) və Háttatal ( 20,). Edda müstəqil mətn məzmunu ilə 1300-dən 1600-ə qədər olan yeddi fərqli əlyazmada qorunur.
Hissələr
Giriş Odin və digər tanrıların Troyadan şimala köçən sadə insanlar olduğu haqda hekayədən bəhs olunur. Onların üstün mədəniyyət və texnologiyaya sahib olmasının tanrılar kimi görünməsinə səbəb olduğu qeyd olunur. Onların ölümündən sonra qəbrinə ziyarət edənlərin tanrılaşdırdıqlarından bəhs olunur.
Gylfaginning Gylfaginning () dünyanın yaradılışı və məhv olunması haqda hissədir. Təqribən 20000 sözdən ibarətdir. Nəzm eddasından sitatlar da var.
Skaldskaparmal Skáldskaparmál () dəniz tanrısı Aegir və şeir tanrısı Bragi arasında poeziyaya aid söhbətlərdən ibarətdir. Təqribən 50000 söz olub, kenninqlər və sinonimlər haqqında dialoqlar var.
Hattatal Háttatal () təqribən 20000 sözdən ibarət olub Snorri Sturlusonun öz şeirlərindən ibarətdir. Tez-tez özündən əvvəlki şairlərin qafiyələrdən istifadə etmədiyi haqda bəhs edir.
İstinadlar
Kateqoriya:İslandiya ədəbiyyatı Kateqoriya:1220-ci ilin əsərləri Kateqoriya:German-skandinav mifologiyası Kateqoriya:Orta əsrlər ədəbiyyatı Kateqoriya:Dərsliklər Kateqoriya:Skandinav mifologiyası