Hilmar Örn Hilmarsson () — İslandiyalı musiqiçi, incəsənət və din xadimi. Asatru Assosiasiyasının baş rahibi. Bir çox musiqi qrupu ilə işləmişdir. Elektronik musiqinin öncülərindəndir.
İlk illəri 1958-ci ildə Reykyavikdə doğulmuşdur. 1972-ci ildə gitarist İohannes Helqason, bassist Birgir Ottoson və müğənni Qudmundur Eyjolfsson ilə Fatima qrupunda iştirak etmiş, zərb alətləri ifa etmişdir. Siqtriqqur Baldursson və Elin Reynisdottirin də bu qrupa qoşulmasından sonra qrup Frostrosir adını almışdır. Qrup daha sonra adını yenə dəyişərək Þeyr kimi tanınmağa başlamışdı. Hilmar çıxdıqdan sonra qrup da dağılmışdı.
Karierası 1984-cü ildə Byork ilə birlikdə The Elgar Sisters qrupunda iştirak etmiş, bəzi mahnılar yazmışdır. 1986-cı ildə bu qrupun da dağılmasından sonra Hilmar Current 93 qrupu ilə birgə işləməyə başlamış, 10 albomda iştirak etmişdir. 1988-ci ildə Ornamental qrupu ilə işləmişdir. 2000-ci ildə Sigur Rós ilə birgə Kainatın mələkləri filmi üçün musiqi yazmışdır.
Asatru Assosiasiyası Hilmar 16 yaşında neopaqan Asatru Assosiasiyasına qoşulmuşdur. German-skandinav mifologiyası barədə ən bilikli şəxslərdəndir. 4 iyul 2003-cü ildə assosiasiyanın baş rahibi seçilmişdir.
Diskoqrafiya
Solo career Albomları: 2001 — Dust to Dust (???), yığma.
Birgə albomları 2013 — Stafnbúi (Şteyndor Andersenlə birgə)
Qruplarla: 1980 — Þagað í Hel Þeyr qrupu ilə. 1981 — Útfrymi Þeyr qrupu ilə. 1981 — Iður til Fóta Þeyr qrupu ilə. 1981 — Life Transmission Þeyr qrupu ilə. 1981 — Mjötviður Mær Þeyr qrupu ilə. 1982 — As Above... Þeyr qrupu ilə. 1982 — The Fourth Reich Þeyr qrupu ilə. 1983 — Lunaire Þeyr qrupu ilə. 1987 — No Pain Ornamental qrupu ilə. 1989 — Nóttin Langa Bubbi Mortens ilə. 1990 — Crusher of Bones Reptilicus qrupu ilə. 1995 — Touch Sampler 1. 1996 — Musica Celestia Sampler 2. 1997 — Narcosis: A Dark Ambient Compilation . 1999 — Sögur 1980-1990. 2001 — Mjötviður til Fóta Þeyr ilə. 2002 — Color Sounds: Nordic 2002 — Rímur & Rapp (???), Şteyndor Andersen və Erpur Eyvindarson ilə. 2003 — Rímur (Naxos World), Şteyndor Andersen. 2005 — Dense Time Qudlauqur Kristinn Ottarsson ilə.
Film musiqiləri 1981 — Brennu-Njálssaga, rejissor — Fridrik Tor Fridriksson. 1987 — Skytturnar (İslandiya Film Şirkəti), rejissor — F. T. Fridriksson 1991 — Börn Náttúrunnar (İslandiya Film Şirkəti), rejissor — F. T. Fridriksson 1992 — Svo á Jörðu Sem á Himni (???), rejissor — Kristinn İohannesttir. 1992 — Ævintýri á Okkar Tímum (???), rejissor — İnqa Liza Middlton. 1993 — Hin Helgu Vé (???), rejissor — Hrafn Qunnlauqsson. 1995 — Bíódagar (İslandiya Film Şirkəti), rejissor — F. T. Fridriksson 1995 — Aberne og det Hemmelige Våben (???), rejissor — Yannik Hastrup. 1995 — Pan (???), rejissor — Henning Karlsen. 1995 — Cold Fever (İslandiya Film Şirkəti), rejissor — F. T. Fridriksson 1996 — Anton (Yutlandiya Film Şirkəti), rejissor — Aage Rais-Nordentoft. 1996 — Haiti. Uden Titel (???), rejissor — Jørgen Leth. 1996 — Djöflaeyjan (İslandiya Film Şirkəti), rejissor — F. T. Fridriksson 1996 — Krystalbarnet (???), rejissor — Peter Thorsboe. 1997 — Sekten (???), rejissor — Susanne Bier. 1998 — Vildspor (???), rejissor — Simon Staho. 1998 — I Wonder Who's Kissing You Now (???), rejissor — Henninq Karlsen. 1999 — I Tigerens Øje (???), rejissor — Ulla Boje Rasmussen. 1999 — Bye Bye Blue Bird (Danimarka Film İnstitutu), rejissor — Katrin Ottarsdottir. 1999 — Ungfrúin góða og húsið (???), rejissor — Qudni Haldorsdottir. 2000 — Kainatın mələkləri (İslandiya Film Şirkəti), rejissor — F. T. Fridriksson 2000 — Pelon Maantiede (???), rejissor — Auli Mantila. 2000 — På Fremmed Mark (???), rejissor — Aage Rais-Nordentoft. 2002 — Şahinlər (İslandiya Film Şirkəti), film rejissor — F. T. Fridriksson 2003 — Nu (???), rejissor — Simon Staho. 2003 — In the Cut (???), rejissor — Ceyn Kampion. 2005 — Guy X (???), rejissor — Saul Metzştein. 2005 — Beowulf & Grendel (???), film rejissor — Sturla Qunnarsson.
Kateqoriya:İslandiya musiqiçiləri Kateqoriya:Reykyavikdə doğulanlar Kateqoriya:İslandiyada doğulanlar Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Musiqi