Çardaqlı () — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kənddə danışılan yerli ləhcədə kəndin adına bəzən Çardaxlı və ya Çardağlı da deyilir. Coğrafiya Çardaqlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sol sahilinə yaxın (təxminən 1.1 km uzaqlıqda) düzənlikdə, dəniz səviyyəsindən 172 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Çardaqlı kəndi arasındakı məsafə 10 km-dir.

Əhali Bölgədə həyata keçirilən lokal araşdırmaya əsasən 2009-cu ildə kənddə təxminən 1.4 min nəfər əhali yaşayır. Sakinləri tamamiylə türkmanlardan ibarətdir. Kəndin əhalisi qədim Bayat boyudan törəmişdir.Doç. Dr. Ekrem Pamukçu: Bayatlar ve Irak Bayatları , sayfa 8-9

İstinadlar

Mənbə

Kateqoriya:Tuzxurmatu qəzasının kəndləri Kateqoriya:İraqdakı Türkman yaşayış məntəqələri