Nutsara Tomkom () – 2016-cı ildən Fənərbaxçanın şərəfini qoruyan toppaylayıcısı.Toppaylacısı — voleybolda ötürücü mövqeyinin digər bir adı.

Karyerası Nutsara karyerasına ölkəsinin Vatbangkhongnoy klubunda başlamışdır. Azərbaycandakı karyerası isə 2010-cu ilə təsadüf edir. Azərreyl Bakıya transferindən sonra voleybolçu uğurlu çıxışı ilə diqqət çəkməyə başlamışdır. Bu səbəbdən də klubu ilə yeni müqavilə imzalayıb 2011–12 mövsümünü də Azərreyldə keçirmişdir."Azərreyl" 4 voleybolçusu ilə yeni müqavilə imzalayıb sport.sia.az

Tomkom 2012–13 mövsümünü də Bakıda keçirmişdir. Belə ki, o Azərreyli digər bir Bakı klubu İqtisadçıya dəyişmişdir. 2013-cü ildə dünyanın ən yaxşısı seçilmişdir. Burada Azərbaycan çempionatının gümüş medallarına da yiyələnən voleybolçu Azərbaycandakı legioner həyatını sonlandırmamağı qərara almışdır."Azərreyl"in oyunçusu "İqtisadçı"da? sportnews.az

2013-cü ildə Rabitə Bakıya transfer olunan voleybolçu burada bir-birindən dəyərli təcrübələr qazanmışdır."Rabitə"dən daha bir supertransfer! apasport.az "Rabitəçilər"in heyətində asiyalı voleybolçu olimpnews.az Rabitədə karyerasında ilk dəfə olaraq Çempionlar Liqasının "dördlər finalı"nda oynayan voleybolçu komandası ilə birlikdə üçüncülük yaşaması ilə yanaşı bir şəxsi mükafat da qazanmışdır. Belə ki, tailandlı voleybolçu turnirin ən yaxşı toppaylayıcısı seçilmişdir."Dördlər finalı" yekunlaşdı, "qızıl" "Rabitə"nin olmadı cempion.az

2007-ci ildən bəri oynadığı klublar IBSA Club Voleibol (2007–2008) Federbrau (2008–2009) Kanti Schaffhausen (2008–2010) Chang (2010–2011) Kathu Phuket VK (2010–2011) Azərreyl Bakı (2010–2012) Çanq (2011–2012) İqtisadçı (2012–2013) Rabitə Bakı (2013–2015) Azərreyl (2015–2016) Fənərbaxça QVK (2016–2018)

Uğurları

Şəxsi mükafatları 2007 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Ötürücü" 2007 "Asiya çempionatı"nda "Ən Yaxşı Ötürücü" 2008 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Ötürücü" 2009 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Servisçi" 2010 "Asiya çempionatı"nda "Ən Dəyərli Oyunçu" 2010 "Asiya kuboku"nda "Ən Yaxşı Ötürücü" 2010–11 Azərbaycan Superliqasında "Ən Yaxşı Ötürücü" 2011 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Servisçi" 2012 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Servisçi" 2012 "London yay olimpiya oyunları təsnifat mərhələsi"ndə "Ən Yaxşı Ötürücü" 2012 "FİVB Dünya Qranpirisi"ndə "Ən Yaxşı Ötürücü" 2012 "Asiya kuboku"nda "Ən Yaxşı Ötürücü" 2013 "Asiya çempionatı"nda "Ən Yaxşı Ötürücü" 2013–14 CEV Çempionlar Liqasında "Ən Yaxşı Ötürücü"

Milli komanda ilə 2001 Asiya Çempionatı — Fayl:Med 3.png Bürünc medal 2007 Asiya Çempionatı — Fayl:Med 3.png Bürünc medal 2007 Asiya Kuboku — Fayl:Med 3.png Bürünc medal 2009 Asiya Çempionatı — Fayl:Med 1.png Qızıl medal 2010 Asiya Kuboku — Fayl:Med 2.png Gümüş medal 2012 Asiya Kuboku — Fayl:Med 1.png Qızıl medal 2013 Asiya Çempionatı — Fayl:Med 1.png Qızıl medal

Klublar ilə 2009 Asiya Klublar Çempionlar Liqası — 16px "Federbrau" ilə 2010 Asiya Klublar Çempionlar Liqası — 16px "Federbrau" ilə 2010–11 Tailand liqası — 16px "Kathu Phuket VK" ilə 2010–11 CEV Çağırış Kuboku — 16px Azərreyl Bakı ilə

İstinadlar

Xarici keçidlər Rəsmi Sayt "Nutsara Tomkom" CEV saytında "Nutsara Tomkom" FIVB saytında

Kateqoriya:Rabitə Bakı VK voleybolçuları Kateqoriya:İqtisadçı VK voleybolçuları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları Kateqoriya:Tailand voleybolçuları Kateqoriya:Tailandda doğulanlar Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:2014 Asiya Oyunları medalçıları Kateqoriya:2018 Asiya Oyunları medalçıları