Nəsrin Əta Ərbil () — türkman şairəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001).
Həyatı Nəsrin Əta Ərbil 1934-cü ildə İraqın ən əski türkman şəhərlərindən biri olan Ərbildə doğulmuşdur"İraq bizə iraq deyil" (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin xüsusi kitabçası), "Bakı" nəşriyyatı, 2002. səh.30. ISBN 9952-24-003-1. Yetişməsində atasının böyük rolu olmuşdur. Özünün qeyd etdiyi kimi, atasının "Sıcaq misraları arasında" böyümüş, onun zəngin kitabxanasından yararlanmışdır. Doğma türkman (Azərbaycan) dilindən başqa ərəb, ingilis, alman dillərini bilir.
60-cı illərdən başlayaraq İraq türkmanları arasında ən çox sevilən və məşhur şairlərdən biri olmuşdur. Bağdadda çıxan "Qardaşlıq" dərgisinin, demək olar ki, bütün saylarında onun şeirləri çap olunmuşdur.
Nəsrin Ərbil 2001-ci ildə Qəzənfər Paşayevin sayəsində Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmişdirFlora Xəlilzadə, "Ziyalı ömrü", Mədəniyyət.- 2010.- 2 iyul. S. 13. — anl.az saytı. Həmin ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
İstinadlar
Kateqoriya:İraq şairləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri