Cənubu göstərən araba () — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi.

Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.

Araba özü ikitəkərli olub, üzərində quraşdırılmış işarə verən insan fiquru differensial ötürücü dişlı çarxcıqlarla təkərlərə qoşulmuşdur. Dişli çarxcıqlı mexanizim elə dəqiqliklə planetar ötürmə üsulu ilə qurulmuşdur ki, arabanın hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq insan fiqurunun barmağı cənuba istiqamətlənmiş olur. Bir çox Çin salnamə və tarixi əlyazmalarda cənubu göstərən araba haqqında eyni zamanda işləmə prinsipi haqqında məlumatlar verilmişdir.

Rəvayəti Rəvayətə görə bütün çinlilərin əjdadı sayılan Huan-di Kunlun dağındakı təmtəraqlı sarayında yaşayarmış. Bu dövrdə qeyri-adi silah düzəltmə qabiliyyələrinə malik cadugər div Çi Yu Yan-di tayfası ilə Huan-di tayfası arasına nifaq salmış olur. Cadugər div Çi Yu döyüş zamanı Huan-di ordusunu azdırmaq üçün ətrafı dumana bürüyür. Göz-gözü görməyən dumanda Huan-di cənubi göstərən arabanın köməyiilə yolu tapa bilir və qalib gəlir.Mit dem Kompasswagen über den Globus (PDF; 576 kB) Rekonstruksiya edilmiş cənubu göstərən araba , Expo 2005 Yaponiya|thumb|left

Xronologiyası Tarixi səlnamələr üzrə xronologiyası Təqvimİzahe.ə 2634Rəvayətə görə Sarı imperatorun göstərişiilə usta Fen-hou tərəfindən hazırlanmışdır. e.ə 1115 Çjou-qun Yuzşan səfirlərinə geri qaytarmaq şərtilə 5 cənubu göstərən araba vrmişdir.e.ə 150...e.ə. 100 Qədim Yunanıstanda eyni tipli qurğunun ica edilməsi ya tikilməsi.e.ə 120...139 Güman dilir ki, “arabanı” Çjan Xen yenidən icad etmişdir.233 ... 237 Cənubu göstərən araba Ma Tszyun tərəfindən Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlamışır.300 Tsuy Bao xəbər verir ki, “cənubu göstərən araba” haqqında Şan Fan Ku Şi kitabəsində (günümüzə gəlib çatmamış) yazılmışdır. 334 .. 349 Se Fey Tszin sülaləsi imperatoru Xuey-di üçün bir “cənubu göstərən araba” hazırlamışdır. 394 .. 416Linxu Şen Tszin sülaləsi imperatoru Syao U-di üçün bir “cənubu göstərən araba” hazırlamışdır. 417 Linxu Şenin “cənubi göstərən arabasına” imperator Tszin sülaləsi imperatoru An-di sahib olur. Məlumat verilirdi ki, guya onun içərisində mexanizm yoxdur və heykəlcik içəridə oturmuş canlı insan tərəfindən fırlanır. 423 .. 452Qo Şanmin cəhd göstəsədə Şimali Vey hökmdarı Tay U-di üçün “cənubu göstərən araba” düzəldə bilməmişdir.423 .. 452 May Yue “cənubu göstərən araba” düzəldə bilmiş, lakin Qo Şanmin tərəfindən öldürülür. 478Tszu Çunçji, Lyu Sun sülaləsinin nümayəndəsi Şun-di üçün təkmilləşdirilmiş bürünc dişcikli çarxlardan “cənubu göstərən araba” hazırlamışdır.658 Buddist rahib Çiyyuy yapon imperatoru Tendzi üçün “cənubu göstərən araba” düzəldir.666 Buddist rahib Çiyyuy yapon imperatoru Tendzi üçün bir başqa “cənubu göstərən araba” düzəldir. 806 .. 821 Tszin Qunli “cənubu göstərən arabanı” Tan sülaləsi imperatoru Syan-tszunuya təqdim etmişdir. 1027Mühəndis Yan Su öz qurğusunu təsvir edir. 5 dişli və 4 dişsiz çarxcıq, 18 əsgər-sürücü) 1088 Su Sun ötürücü mexanizmə malik su saatı icad edir. 1107 Dejenin xəzinədarı mexanizmi belə təsvir etmişdir. (24 dişli, 4 dişsiz çarxcıq) 1341 Çu Tetszyun “cənubu göstərən arabanın” nefritdən hazırlanmış kiçik heykəlcik haqqında yazmışdır. 1770Cozef Uiyamson saatda differnsial mexanizmdən istifadə etmişdir.

İstinadlar

Xarici keçidlər Einfache mathematische Betrachtungen zum Kompasswagen AMS: http://www.amsclub.ch/Publikationen/bull_56_getriebe.htm Sciencemuseum: Chinese South-pointing chariot Antiquark: South Pointing Chariots South Pointing Chariots Youtube Video Cənubu göstərən araba

Kateqoriya:Çin ixtiraları Kateqoriya:Çində elm və texnologiya Kateqoriya:Vyetnam tarixi Kateqoriya:Mexanika mühəndisliyi Kateqoriya:Maşınlar Kateqoriya:Çin tarixi Kateqoriya:Çin mifologiyası Kateqoriya:İnsan gücü ilə işləyən nəqliyyat vasitələri