thumb|Məktub Məktub — xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur.
Məktublar müxtəlif formalarda — daş üzərində, ağac qabığı üzərində, kağız üzərində, elektron (e-mail) formada və s. olurlar.
Dünyadakı ən böyük məktub XVI əsrdə 10 m uzunluğu, 7 m eni olan perqament üzərində yazılan, Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən hesab olunur. Bu məktub Ankara Milli Muzeyində (Ankara Etnografya Müzesi) saxlanılır.
Məktubun tərtib olunma qaydası Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsə xitabı əhatə edir; Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir; Fərqləndirici hissə. Bu hissə məktubun əsasını, məzmununu əhatə edir. Yekunlaşdırıcı hissə (məktubun sonluğu. Bu hissədə sağollaşmaq və axırda tarixi qeyd etmək lazımdır.
Məktub formalarının mənası Burulmuş — xoşuna gəlirsən Üçbucaq — hörmət edir Kvadrat — dostluq təklif edir Çevrilmiş — görüş təyin edir Əzilmiş — sevmir Düzbucaqlı — ayrılıq
Mənbə
Ümumdünya Poçt Günü
İstinadlar
Kateqoriya:Poçt Kateqoriya:İnformasiya daşıyıcıları