Əlahəzrətin gəmisi Defens ( (1763) — Kral donamasına məxsus 74-toplu III ranq xətt gəmisi. Plimut tərsanəsində 15 dekabr 1758-ci ildə sifariş verilmiş və 31 mart 1763-cü ildə suya salınmışdır.Lavery, Brian. The Ship of the Line — Volume 1,… p.176.. "Defence" ingilis dilindən tərcümədə "müdafiə" mənasını verir.

Xidməti

ABŞ İstiqlal müharibəsində 1780, 8 yanvar — Finister burnu və Sent-Vinsent burnu yaxınlığındakı döyüşlərdə iştirak etmiş. 1782 — Kapitan T. Nyuman (), Rocer Bikertonun () eskadriliyasında. 1783 — Şərqi Hindistan: Kuddalor yaxınlığındakı döyüşdə. 1784 — Kommander Endrü Mitçel (), Şərqi Hindistan. İngiltərəyə 1785-ci ilin sonunda qayıtmışdır.

Böyük Fransa inqilabında 1798-ci ildə Əbukir dəniz döyüşündə iştirak etmişdir. 1793 — kapitanı (sonralar lord) I Qambye baronu Ceyms olmuşdur. 1794 — oktyabr, kapitanı Uels () olmuşdur. 1798 — iyun, kapitanı Con Peyton (), Aralıq dənizi donanması. Kontr-admiral Nelsonun eskadriliyasında. 12 iyun Korsikada, 17 iyun Neapolda olmuşdur. 28 iyun Əbukir körfəzində fransızlarla qarşılaşma nəticəsində 4 ölü və 11 yaralı itkisi vermiş, dor ağacının for-stenqi mərmidən zədə almışdır. 12 oktyabr 1805 — Trafalqar döyüşündə iştirak etmişdir. Britaniyalıların külək tutmayan cərgəsinin sonunda qərar tutmuşdur.

Məhvi 16 dekabr 1811-ci ildə 150 ticarət gəmisindən ibarət donanma ilə Göteborq yaxınlığındakı Vinqodan HMS Victory (admiral Sumaresin flaqmanı), HMS St. George (admiral Reynoldsun flaqmanı), HMS Dreadnought, HMS Vigo, HMS Cressy, HMS Orion, HMS Hero gəmilərinin konvoyu ilə birlikdə yola düşür. Fırtına qopan zaman admiral Sumares "Hero" və digər kiçik gəmilərə, ticarət donanmasının bir hissəsi ilə geriyə — Vinqoya dönmək əmrini verir. Belt körfəzində Lollan adası yaxınlığında St. George dor ağaclarını itirdiyindən, HMS Defence və Cressy gəmilərinə dəstək üçün ona yaxın məsafədə üzmələri əmr edildi.

5 gün ərzində üç gəmi Şimal dənizində fırtına ilə çarpışmalı olur. Nəticədə 24 dekabrda St. George və Defence Rinqkyöbinq yaxınlığında Yutlandiya sahillərinə atılmış olurlar. Yarım saat ərzində HMS Defence parça-parça olur. 5 dənizçidən və 1 döyüşçüdən başqa bütün heyət batırlar.

İstinadlar

Kateqoriya:Yelkənli gəmilər Kateqoriya:Böyük Britaniya gəmiləri Kateqoriya:İkigöyərtəlilər Kateqoriya:Üçdorlular