Məmmədli Üzeyir Məhəmməd oğlu () — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi. Keçmiş siyasi məhbus.

Həyatı 1987-ci il avqust ayının 26-da Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur.

Təhsili 1993-cü ildə N.Quluyev adına Mollalı kənd orta məktəbində daxil olmuşdur. 2004-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakultəsinə qəbul olmuşdur. 2008-ci ildə BDU-dan məzun olduqdan sonra, 2008-ci ilin iyulu həqiqi hərbi xidmətə çağırılmışdır. 2009-cu ilin iyul ayı həqiqi hərbi xidməti başa vurmuşdur.

İctimai Fəaliyyəti Üzeyir Məmmədli 2011-ci ilin fevral ayında NİDA Vətəndaş Hərəkatının yaranmasında iştirak edib və təsisçilərindən biri olub. Həmin vaxt İdarə Heyəti üzvlərindən biri olub. Sentyabrda İH-a seçkilərdə üzv seçilib. 2012-ci ilin sentyabrında üzvlərin etimadını qazanaraq təkrar İH-a üzv olub. 2011-2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən müxalif gənclər təşkilatlarının birləşdiyi Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin İdarə Heyəti üzvü olub.

Həbsi Üzeyir Məmmədli martın 30-da N!DA Vətəndaş Hərəkatının digər üzvü Rəşadət Axundovla bərabər həbs olunub və barəsində cinayət işi açılıb. Məhkəmə onu Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsiylə ittiham edib.

6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Üzeyir Məmmədli barəsində hökm oxunub və 7 il müddətində azadlıqdan məhrum edilib.

Beynəlxalq Amnistiya Təşkilatı Üzeyir Məmmədlini "vicdan məhbusu" kimi tanıyıb.

30 dekabr 2014-cü ildə azadlığa buraxılıb.

İstinadlar

Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar Kateqoriya:NİDA Vətəndaş Hərəkatının üzvləri Kateqoriya:Bakı İstintaq Təcridxanasının məhbusları Kateqoriya:Azərbaycan demokratiya aktivistləri