Robert Lenqdon Den Braun tərəfindən yaradılmış xəyali qəhrəmandır. O, Harvard Universitetinin dini ikonalar və simvolizm professorudur. Bu obraz "Mələklər və Şeytanlar" (2000), "Da Vinçi Şifrəsi" (2003), "İtmiş Simvol" (2009), "Cəhənnəm" (2013) əsərlərində öz əksini tapıb. "Da Vinçi Şifrəsi" (2006), "Mələklər və Şeytanlar" (2009) filmlərində Robert Lenqdon obrazını Tom Henks canlandırıb. 2015-ci ildə yayımlanması planlaşdırılan "Cəhənnəm" filmində də Tom Henks eyniadlı obrazı canlandıracaq.

Kateqoriya:Film personajları

Kateqoriya:Ədəbi qəhrəmanlar Kateqoriya:Uydurma professorlar Kateqoriya:Eydetik yaddaşa malik personajlar Kateqoriya:2000-ci ildə ABŞ Kateqoriya:Den Braunun romanları Kateqoriya:Kişi personajlar Kateqoriya:Uydurma alimlər Kateqoriya:Uydurma amerikanlar