Rüfət Sabir oğlu Mehdiyev () — müğənni və aktyor.
Həyatı
Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.
1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb.
1986-1992-cı illərdə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb
1989-cu ildən musiqi ilə məşğul olub.
1992-ci ildən müğənnilik edib.
Space Televiziyasında hazırlanmış "Qış nağılı" (2002) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib.
1 fevral 2011-ci il tarixində insultdan vəfat edib. Nizami rayon qəbiristanlığında dəfn edilib.Rüfət Mehdiyev
Filmoqrafiya
Qış nağılı. I film (film, 2002) "Moskva-Bakı" qatarı (film, 2005) Dünən qəfildən gəldi (film, 2009)
İstinadlar
Həmçinin bax Azərbaycan musiqisi "Badi Kubə" qrupu
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları