Onur Ünlü — türk ssenari müəllifi, rejissor, aktyor, şair və musiqiçi.

Karyera 1993-1998-ci illərdə Ah Muhsin Ünlü ləqəbi ilə bir çox şeir yazmışdır. Müəllifi olduğu şeirləri "Gidiyorum Bu" adlı kitabda toplamışdır. 1999-cu ildə ssenari müəlliflərindən biri olduğu "Deli Yürek" serialında "Umur" obrazını canlandırmışdır. 2006-cı ildə ilk filmi olan "Polis" filminin prodüseri, ssenari müəllifi və rejissoru olmuşdur. 2011-2013-cü illərdə TRT 1-də yayımlanmış "Leyla ile Mecnun" serialının quruluşçu rejissoru olmuşdur. Serial uğur qazanmışdı. 2012-2013-cü illərdə isə "Şubat" serialının quruluşçu rejissoru olmuşdur. Daha sonra isə "Ben de Özledim" serialına "Onur Ünlü" rolu ilə çəkilmişdir. Leyla The Band qrupunda baraban çalır.

Prodüser, ssenari müəllifi və aktrisa Funda Alp ilə evlidir.

Filmoqrafiya

Kateqoriya:Türkiyə rejissorları Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Türkiyə musiqiçiləri Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kinorejissorları Kateqoriya:Türkiyə kişi film aktyorları