Səmayə Seyfulla qızı Sadıqova — aktrisa.
Həyatı Səmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir.
Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Əsas rolları
Sumqayıt Dövlət Dram Teatrı Adamın adamı (Anar) — Süsən Mehrişah (O.Məmmədov) — Mehrişah Oqtay Eloğlu (C.Cabbarlı) — Sevər Park (R.İbrahimbəyov) — Vika Təhminə və Zaur (Anar) — Təhminə Ölülər (C.Məmmədquluzadə) — Kəblə Fatma Şah İsmayıl (Kərimzadə) — Aləmşahbəyim
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Özümüz bilərik (S.Qurbanov) — Ceyran Hərənin öz ulduzu (İ.Məlikzadə) — Məleykə Qızıl toy (R.Heydər) — Əcnəbi qız
Bakı Bələdiyyə Teatrı Tənha qadınlar (Ə.Nesin) — Diha Müsyo Jordan və Dərvişi Məstəli şah (M.F.Axundov) — Xanpəri Dönüş (C.Cabbarlı) — Turac Ölülər (C.Məmmədquluzadə) — Kəblə Fatma Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — şəhid anası Unutqanlıq qorxunc bəladır (Ə.Əliyev) — ana Cırtdan, Məlikməmməd və üç gözəl (nağəl-tamaşa) — küpəgirən qarı Elektra (Sofokl) — qadın Dəli Domrul (A.Məmmədov) — ağı deyən Yalan (S.Rəhman) — Tərlan xanım
Filmoqrafiya Mənim ağ şəhərim (film, 1993) Canavar balası Qırmızı qar (film, 1998) Məhv olmuş gündəliklər (film, 1999) Sirr (serial, 2012)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları