Rəfiyev Bağır Cəbrayıl oğlu — Azərbaycan operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2018).

Həyatı Bağır Rəfiyev 5 aprel 1959-cu ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb (1981). Hazırda Rusiyada çalışır. Rusiya istehsalı olan bir neçə filmin operatorudur: "Qaçmağı düşünürəm" (2003), "Kostya Qumankovun Paris məhəbbəti" (2004), "Tanker Tanqo" (2007).

1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya Bakı, mən səni sevirəm (film, 2015) Çalışan adam (film, 1996) Dağıdılmış körpülər (film, 1996) Dundukley (film, 1986) Dünən, bu gün və... (film, 1989) Etimad telefonu (film, 2001) Lətifə (film, 1989) Murad-Sad (film, 1988) Təxribat (film, 1989) Ruslar müharibə istəyirmi? (film, 1990) Yarasa (film, 1995)

İstinadlar

Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri