Vaqif Rafiq oğlu Dərgahlı () — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi (2013-2021). Azərbaycan Silahlı Qüvvələrinin polkovniki.
Həyatı Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi jurnalistika fakültəsini bitirib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir.
Müxtəlif vaxtlarda Müdafiə Nazirliyinin mətbuat xidmətində, Hərbi Elmi Mərkəzində, İnformasiya İdarəsində, Müdafiə Nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib.
31 dekabr 2013-cü il tarixində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olunub.
1 sentyabr 2021-ci il tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
İstinadlar
Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Polkovniklər