thumb|right|250px|Avropada çırtdan dövlətlər Cırtdan dövlətlər- Ərazisi min kvadrat kilometrdən kiçik olan dövlətlərə Cırtdan dövlətlər deyilir. Belə dövlətlərə həm materik daxilində, həm də adalarda rast gəlinir.
Cırtdan dövlətlər haqqında Cırtdan dövlətlərin əsas hissəsi çox qədimdən Avropa qitəsində, bir qismi isə sonralar dünyanın müxtəlif qitələrində, İkinci Dünya müharibəsindən sonra istiqlaliyyət qazanmış keşmiş müstəmləkələrdir. Cırtdan olmalarına baxmayaraq, bu ölkələrin bəzilərinin dünyanın siyasi və iqtisadi həyatında böyük rolu vardır. Malta, Sinqapur, Qrenada, Maldiv kimi Cırtdan dövlətlərin yerləşdiyi ərazilər hərbi-strateji cəhətdən cox əlverişli hesab olunur. Vatikan kimi cırtdan dövlət dünyanın bir çox rayonlarında öz kapitalına malikdir və bir çox ölkəlrinə siyasətinə təsir göstərir.G.A.Hacıyeva "Dünyanın cırtdan dövlətləri" Bakı,1991, Elm.
Cırtdan dövlətlərin 6-sı Avropada, 2-si Afrikada, 3-ü Asiyada, 7-si Amerikada, 4-ü Avstraliyada və Okeaniyada yerləşir. Bunlardan ərazicə ən böyüyü San-Tome və Prinsipi, ən kiçiyi isə Vatikandır. Əhalisinin sayına görə isə ən böyüyü Sinqapur, ən kiçiyi isə yenə də Vatikandır.
Cırtdan ölkələr Avropada Andorra Vatikan Lixtenşteyn Malta Monako San-Marino Asiyada Bəhreyn Maldiv Sinqapur Afrikada San-Tome və Prinsipi Seyşel adaları Amerikada Antiqua və Barbuda Barbados Qrenada Dominika Sent-Vinsent və Qrenadin Sent-Lüsiya Sent-Kits və Nevis
Avstraliya və Okeaniyada Kiribati Nauru Tonqa Tuvalu
Cırtdan ölkələrin iqtisadiyyatı Cırtdan döpvlətlərin əksəriyyəti respublika quruluşuna malikdir. Bununla belə Lixtenşteyn, Monako, Tonqa, Bəhpeyn monarxiya rejimli, Barbados, Qrenada, Tuvalu və s. kimi dövlətlər isə Böyük Britaniyanın rəhbərlik etdiyi Birliyə daxildirlər. Birliyə daxil olan ölkələrdə dövlət başçısı nominal surətdə Böyük Britaniya kralı hesab olunur. Kral ölkədə general-qubernator tərəfindən təmsil olunur.
İqtisadiyyatının inkişaf səviyyəsinə görə bunlardan Avropada yerləşənləri inkişaf etmiş ölkələr sırasına daxildir. Qalan dövlətlərin əksəriyyəti iqtisadiyyatı zəif olan inkişaf etməkdə olan ölkələrdir. Bu dövlətlərin içərisində Sinqapur, Bəhreyn kimi dünya kapital bazarında fəal iştirak edənləri də vardır.
Mənbə Karliki.ru — cırtdan dövlətlər haqqında sayt
İstinadlar
Kateqoriya:Cırtdan dövlətlər Kateqoriya:Siyasi coğrafiya