Lokhid F-117 "Nayt hauk" (ingil. Lockheed F-117 Night Hawk) — Lockheed Martin şirkətinin istehsalı, rəqibin Havadan Müdafiə (HM) sistemindən gizli keçmək və hərbi infrastrukturun strateji vacib yerüstü obyektlərinə(raket bazaları, aerodromlar, idarəetmə və rabitə mərkəzləri və s.) hücum etmək üçün nəzərdə tutulan, amerikan səsdən-asta təkyerli taktiki azgörünən zərbə təyyarəsi. İlk uçuşunu 18 iyun 1981-ci ildə edib. 64 ədəd istehsal edilib, sonuncu seriyalı nüsxəsi ABŞ Hərbi Hava Qüvvələrinə(HHQ) 1990-cı ildə təhvil verilib. Bir sıra hərbi münaqişələrdə F-117 yetərincə uğurlu tətbiq olunmuşdur. 2008-ci ilin ortasında bu tip təyyarələr silahlanmadan tamamilə çıxarılmışdır.

Mənbə

Kateqoriya:ABŞ təyyarələri Kateqoriya:Hərbi texnika Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:ABŞ bombardmançıları