Elxan Bahadur oğlu Hüseynov () — Sumqayıt Dövlət Universitetinin rektoru (2014–2023)E. B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2014-cü il tarixli 313 nömrəli Sərəncamı. e-qanun.az, 06.03.2014), Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor.
Həyatı Elxan Bahadur oğlu Hüseynov 1 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1966-cı ildə Gəncə şəhəri 18 nömrəli tam orta məktəbi bitirmişdir.
1966–1967-ci illərdə Azərbaycan dəmir yolu Gəncə şəhəri Vaqon deposunda defektoskopist vəzifəsində çalışmışdır.
1967–1970-ci illərdə Yüngül Sənaye Nazirliyinin Elmi-Tədqiqat laboratoriyasında laborant,
1970–1971-ci illərdə Azərbaycan LKGİ Oktyabr rayon komitəsində təlimatçı,
1971–1973-cü illərdə Azərbaycan Dövlət Universitetində Komsomol komitəsi katibinin müavini vəzifələrində çalışmışdır.
1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
1973–1974-cü illərdə ordu sıralarında xidmət keçmiş,
1974–1978-ci illərdə Yerli Sənaye Texnologiya texnikumunda komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsində təlimatçı, Azərbaycan KP Oktyabr Rayon Komitəsində təlimatçı vəzifələrində çalışmışdır.
1978–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Partiya Komitəsi Katibinin müavini olmuş,
1991–1995-ci illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1995–1999-cu illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,
1999–2002-ci illərdə BDU-nun birinci prorektoru-tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.
2002–2010-cu illərdə Azərbaycan Respublikasından kənarda diplomatik fəaliyyətdə olmuşdur.
2010–2011-ci illərdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır.
2013–2014-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, Sumqayıt Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.
2014-cü il Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.
13 sentyabr 2023-cü ildə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunub
Ailəlidir, iki övladı, 5 nəvəsi var.
Elmi və pedaqoji fəaliyyəti 1980–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasında baş müəllim, dosent əvəzi vəzifələrində çalışmışdır.
1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir.
1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır.
1994-cü ildə dosent, 2017-ci ildə professor elmi adını almışdır.
2020-ci ildə Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri Professoru adına layiq görülmüşdür.
— Ali məktəb mühitində sosial-mənəvi münasibətlərin inkişaf faktorları,
— yeni təfəkkür və sosial aktivlik,
— şəxsiyyətin özünüdərki və azadlığının qarşılıqlı əlaqələri barədə,
— milli özünüdərk: mahiyyəti və məzmunu,
— milli özünüdərkin formalaşmasında dinamika və ziddiyyətlər,
— fəlsəfədə yadlaşma problemi,
— sinergetik paradiqma: ipostasiyaları və metodoloji prinsipləri kimi problemlərə həsr olunmuş elmi əsərlərin müəllifidir.
Diplomatik fəaliyyəti 8 avqust 2002-ci ildə Elxan Hüseynova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir"E. B. Hüseynova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-ci il tarixli 748 nömrəli Fərmanı.
8 avqust 2002-ci ildən "E. B. Hüseynovun Azərbaycan Respublikasının Türkmənistanda Fövqəladə və səlahiyyətli Səfiri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-ci il tarixli 749 nömrəli Fərmanı 15 yanvar 2010-cu ilə qədər "E. B. Hüseynovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2010-cu il tarixli 686 nömrəli Sərəncamı Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərmişdir.
Mükafatları 11.02.2000 — "Tərəqqi" medalı "Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli 279 nömrəli Fərmanı. e-qanun.az . 24.07.2009 — "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı. 22.12.2017 — "Şöhrət" ordeni. 27.05.2019 — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı.
İstinadlar
Xarici keçidlər Nazir Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin etdi. xeberle.com
Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycanın Türkmənistandakı səfirləri Kateqoriya:Sumqayıt Dövlət Universitetinin rektorları Kateqoriya:Bakı Dövlət Universitetinin prorektorları Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri