thumb|240px|Sür-papaq Sür-papaq — Azərbaycan qədim milli atüstü oyunlarından biri.
Bəzən atüstü basketbol da adlandırılır. Sür-papaq oyununa bənzər oyunlardan Argentinada pato, Avropada isə horsbolu nümunə göstərmək olar.
Oyunun qaydaları Sür-papaq oyunu hər birində 4–8 nəfər idmançı olan iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir (10+10). Oyunun birinci yarısından sonra komandalar 5 dəqiqə istirahət edirlər və qapıları dəyişirlər, oyun mərkəzdən başlanır. Oyun heç-heçə qurtardığı halda qalib komandanı müəyyən etmək məqsədilə oyuna 10 (5+5) dəqiqə əlavə vaxt verilir. Əlavə vaxtda qalib müəyyən olunmasa, hər komandaya 5 top-papaq atmaqla 5 metrlik cərimə zərbələri təyin olunur. Bu zaman hesab heç-heçə olarsa, hər komanda maksimum 5 top-papaq olmamaqla ilk itirilən top-papağa qədər cərimə zərbələrinin atılması davam edir. Bu halda da qalib müəyyən edilməsə, qalib püşkatma yolu ilə müəyyən edilir.
İstinadlar
Həmçinin bax Çövkən Uç, mənim atım (film, 1986) Atlı xalqlar Azərbaycan miniatürləri
Video Argentina-Belgica — Horseball World Cup — Ponte de Lima 08 Пятигорский ипподром 1962. Всесоюзные соревнования сельских конников.
Kateqoriya:Heyvanlar idmanda Kateqoriya:Azərbaycan oyunları Kateqoriya:Azərbaycanda idman növləri