İlahə Əhsan qızı Əfəndiyeva-Xəlilova — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının soprano.
2005-ci ildən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisasartırma kurslarını bitirib. Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar, Cüzeppe Verdinin “Traviata” operasında Violetta və başqaları partiyaları böyük uğurla ifa edir.
İlahə Əfəndiyeva 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
İstinadlar
Mənbə "Koroğlu"nun Nigarı Kulisə danışır İlahə Əfəndiyeva Beynəlxalq opera sənəti festivalına gedəcək Dahi Bülbülün yubileyi “Koroğlu” operası ilə qeyd olundu
Kateqoriya:Azərbaycanın qadın musiqiçiləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Opera ifaçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları