Samir Ramazan oğlu Abasov () — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın sabiq baş məşqçisi.
Karyera Samir Ramazan oğlu Abasov 1978-ci il fevral ayının 1-də Sumqayıtda anadan olub.Samir Abbasov KİMDİR? Karyerasında yalnız Azərbaycan klublarında çıxış edib.
Məşqçilik Abasov 2015-ci ilin 8 oktyabrından 2018-ci ilə kimi "Sumqayıt"ın baş məşqçisi vəzifəsini icra edib.
29 avqust 2018-ci ildə o, "Zirə"yə baş məşqçi təyin olunub. 2020-21 mövsümündə isə "Neftçi"nin baş məşqçisi olub.
26 sentyabr 2022-ci ildə yenidən "Sumqayıt"ın baş məşqçisi təyin olunub. Onunla 2024-25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Abasov 14 oktyabr 2024-cü ildə "Neftçi" ilə baş məşqçi vəzifəsi üçün razılıq əldə edib və bu razılığın fonunda məşqçinin şəxsi istəyi də nəzərə alınaraq onun "Sumqayıt" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
24 noyabr 2025-ci ildə "Neftçi" rəhbərliyi ilə görüş keçirilib və klub Abasovla yolları ayırıb.
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Viləş Masallı FK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt PFK məşqçiləri Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri