Mustafa Dənizli () — keçmiş türkiyəli futbolçu. İranın "Traktor Sazi" klunun baş məşqçisi. Türkiyənin "Altay" və "Qalatasaray" klublarının, həmçinin Türkiyə milli futbol komandasının futbolçusu olub.

Həyatı Mustafa Dənizli 10 noyabr 1949-cu ildə Alaçatıda anadan olmuşdur.

Karyerası

Klub karyerası Mustafa Dənizli Türkiyədə üç böyük klubun hər üçünü çempion eləmiş tək məşqçidi. Futbolçu kimi İzmirin "Altay" klubunda yetişib və 16 il bu komandanın şərəfini qoruyub. 1983-cü ildə "Qalatasaray"a transfer olunan Dənizli burada bir mövsüm keçirir. Çıxdığı 15 matçda 3 dəfə fərqlənən futbolçu zədə səbəbiylə 1984-cü ildə futbolçu karyerasına nöqtə qoyur.

Statistika

KlubMövsümLiqaKubokTürkiyə Kuboku, Atatürk Kuboku, Başbakanlıq Kuboku, Türkiyə Superkuboku və TSYD Kuboku daxildirAvropaUEFA Çempionlar Liqası, UEFA Kuboku, UEFA Kuboklar Kuboku daxildirCəmiOyunQolOyunQolOyunQolOyunQolAltay1967–687364--1371968–692435-213141969–702783-2-3281970–712852---3051971–722810102--28121972–7325122---27121973–7425762--3191974–752852---3051975–76224----2241976–7726102---28101977–782753-233281978–7923994--32131979–80221287--30191980–81219211-24101981–82261242--30141982–8327742--319Cəmi386121682474461149Qalatasaray1983–8415372--225Cəmi1537200225 Karyera cəmi401124752674483154

Milli komanda karyerası

Milli komandada oyunlar

Türkiyə milli komandasıİlOyunQol197741197961198010Cəmi102

Milli komandada qollar

# Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1. 6 aprel 1977 Ankara 19 May Stadionu, Ankara, Türkiyə Finlandiya 1–0 1–2 Yoldaşlıq oyunu 2. 28 oktyabr 1979 İmperiya Stadionu, Qzira, Malta Malta 0–2 1–2 UEFA Avropa Kuboku 1980 seçmə mərhələ

Məşqçilik karyerası 1987-ci ildə Qalatasaraya baş məşqçi təyin olunur və ilk mövsümdəcə çempionluq qazanır. Mustafa Dənizlinin növbəti dayanacağı Almaniya 2-ci liqası olur. Azarkeşlərlə də problemlər yaşayan məşqçi 1990-cı ildə Qalatasaraya dönür. Avropada müəyyən uğurlar qazansa da, rəhbərliklə dil tapa bilmir və komandadan ayrılır. Mustafa Dənizlinin Fənərbağçaya keçidi 2000-ci ilə təsadüf edir. Mövsüm sonunda Fənərbağçanı çempion edən Dənizli bunu bacaran ilk türk məşqçi kimi tarixə düşür. 2008-ci ildə o, digər İstanbul nəhəngi Beşiktaşa keçdi. Uğursuz startdan sonra toparlanan Dənizli komandasına həm çempionluq, həm də kubok qazandıraraq qızıl dubl etdi. Bu, Beşiktaşın 6 ildən sonrakı çempionluğu idi. "Qartal" 19 il idi ki, qızıl dubl edə bilmirdi. Dənizlinin milli karyerası da çox uğurludu. O, 2000-ci ildə Türkiyə seçməsinə baş məşqçi təyin olunur. Avro 2000 seçmə mərhələsində Almaniya ilə eyni qrupda mübarizə aparan türklər ikinci oldular. Play-off yarışlarında İrlandiyanı keçən Türkiyə Avropa Çempionatına qatıldı. İtaliya, Belçika və İsveçlə eyni qrupda olan Türkiyə bu dəfə də ikinci oldu. Bu, Türkiyə millisinin o günə qədərki ən yaxşı göstəricisiydi. 2013-cü ildə Azərbaycanın Xəzər-Lənkəran klubu ilə 1.5 illik müqavilə bağlayıb.

İstinadlar

Xarici keçidlər TFF saytında Mustafa Dənizli profili Mackolik.com saytında Mustafa Dənizli profili Eurosport saytında Mustafa Dənizli profili National Football Teams saytına Mustafa Dənizli profili

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK-nın baş məşqçiləri Kateqoriya:Beşiktaş PFK məşqçiləri Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Qalatasaray PFK məşqçiləri Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Altay SK futbolçuları Kateqoriya:Çaykur Rizəspor baş məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri