Yarıda qalmış həyat () — rejissor Ceyms Menqoldun 1999-cu ildə çəkilmiş filmi. Film Süzanna Keysin eyniadlı romanın motivləri əsasında ekranizasiya olunmuşdu.

Məzmun Süzanna Keysen 18 yaşlı qız, uğursuz intihar cəhdindən sonra psixiatrik klinikaya düşür. Orada o digər pasientlərlə tanış olur, o cümlədən Lisa adlı aqressiv-sosiopat qız ilə. Lisa bir neçə dəfə qaçış düzənləmişdi və sonuncu qaçışda onu tuturlar və klinikaya geri qaytarırlar. Özünün keçmiş rəfiqəsinin otağında o Süzannanı görür və rəfiqəsi özünü intihar etdiyini öyrənir. Bir neçə vaxtdan sonra Lisa Süzanna ilə dostlaşır. O Süzannada özünün keçmiş rəfiqəsini görür, onun ölümündə günahkar olduğunu düşünür və buna görə də Süzanna ilə birgə klinikadan qaçır. Onlar yaxınlarda xəstəxanadan yazılan Deyzinin evində gizlənirlər. Lisa Deyziyə deyir ki, onun klinikadan çıxarılmasının əsas səbəbi — onun sağalmaz xəstəliyidir. O hətta Deyzini atası ilə insestdə günahlandırır. Səhəri Deyzi özünü intihar edir. Lisa onun pullarını götürərək Süzannaya özü ilə birgə qaçmağı təklif edir. Süzanna təklifi rədd edir və təcili yardımı çağırır. Süzannanı Deyzinin atası gözü yaşlı şəkildə klinikaya geri qaytarır.

Bundan sonra Süzanna öz problemləri haqqda həkimlərə danışır və şəxsi gündəlik əldə edir. Bir neçə aydan sonra Lisanı xəstəxanaya qaytarırlar. Süzannanın tezliklə xəstəxanadan çıxacağını öyrənən Lisa onun gündəliyini oğurlayır və digər pasientlərlə birgə onu oxumağa başlayır. Süzanna səsləri eşidir və Lisanın yanına düşür. Əsəbləşən Süzanna Lisaya onun öləcəyi təqdirdə heç kimin dilxor olmayacağını — çünki onun artıq öldüyünü deyir. Süzannanın sözləri Lisanı şoka salır və o nerv pozğunluğu keçirir.

Klinikadan çıxmaqdan öncə Süzanna Lisanın yanına gəlir və o hələ ölmədiyini ona deyir…

Mükafatlar Academy Award İkinci plan üzrə ən yaxşı rol — Ancelina Coli Qızıl Qlobus mükafatı :en:Golden Globe Award for Best Supporting Actress – Motion Picture — Ancelina Coli Screen Actors Guild Award :en:Screen Actors Guild Award for Outstanding Performance by a Female Actor in a Supporting Role — Ancelina Coli

Rollarda Aktyor Rol Vaynona Rayder Susanna Kaysen Ancelina Coli Lisa Rowe Klea Düvall Georgina Tuskin Brittani Mörfi Daisy Randone Elizabet Moss Polly 'Torch' Clark Cared Leto Tobias 'Toby' Jacobs Ceffri Tambor Dr. Melvin Potts Vanessa Redqreyv Dr. Sonia Wick Vupi Qoldberq Valerie Owens

Soundtrek

The Doors ifasında "Roadhouse Blues" Merrilee Rush ifasında "Angel of the Morning" Petula Klark ifasında "Downtown" Skiter Devis ifasında "The End of the World" Aretha Franklin ifasında "Night Time Is the Right Time" Jefferson Airplane ifasında "Comin' Back to Me" Them ifasında "It's All Over Now Baby Blue" The Chambers Brothers ifasında "Time Has Come Today'" The Band ifasında "The Weight" The Mamas & the Papas ifasında "Got a Feeling" Wilco ifasında "How to Fight Loneliness" Simon & Garfunkel ifasında "Bookends Theme"

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:1999-cu ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Columbia Pictures Kateqoriya:Narkomaniya haqqında filmlər Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:Pensilvaniya haqqında filmlər Kateqoriya:1999-cu ilin ABŞ filmləri Kateqoriya:1990-cı illərin psixoloji dram filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:Qadın biseksuallığı haqqında filmlər Kateqoriya:3 Arts Entertainment filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Qızıl Qlobus mükafatına layiq görülmüş filmlər Kateqoriya:İnsest haqqında filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Dramlar Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Oskar mükafatına layiq görülmüş filmlər Kateqoriya:Psixiatriya müalicəxanaları haqqında filmlər Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Psixoaktiv maddələr haqqında filmlər Kateqoriya:Lezbiyan filmləri Kateqoriya:İntihar haqqında filmlər