Jan-Klod Van Damm (; ) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur.
Gənclik illəri Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur.Hendrix, Grady (19 October 2007). "Happy Belated Birthday, Jean-Claude Van Damme!" . Slate (magazine). Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
Film karyerası Jan-Klod Van Damma 1981-ci ildə Los Ancelesə köçür. İdman formasını qorumaq üçün bir idman salonunda ödənişsiz olaraq təmizlik işlərinə nəzarət edirdi. Həmin müddətdə taksi sürücüsü, gecə klublarında cangüdənlik, pizza satışı kimi işlərdə çalışırdı. 1983-cü ildə Fransız istehsalı olan "Barbar küçəsi" adlı filmdə polis rolunu canlandırdı. 1984-cü ildə "Breyk-dans: Film" adlı filmində rol aldı. Eyni il "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual karateçi rolunu canlandırdı. 1986-cı ildə "Nə geri çəkil, nə də təslim ol" filmində rol aldı. Bu filmdə onun rolu qısa idi və mənfi obraz kimi canlandırılmışdır. Lakin bu filmi bir çox rejissorların diqqətini cəlb edə bilir. 1988-ci ildə az büdcəli film olan "Qara Qartal" filmində rol alır.
Menahem Qolan adlı prodüserin sayəsində Van Damm 1988-ci ildə "Qanlı idman" filminə dəvət olunur. Bu filmdən sonra Van Damm tanınmağa başlanır. "Kikboksçu", "Kiborq", "Ölümcül order", "Şir ürəkli", "İkiqat zərbə", "Universal əsgər" kimi döyüş filmlərində karyerasının qızıl çağını davam etdirirdi. 1990-cı illərin sonlarına yaxın çəkildiyi filmlər ona populyarlıq qazandıra bilməmişdi. Çünki bu müddətdə narkotikdən asılı olmuş və uzun müddət bu xəstəliyi mübarizə edirdi. Van Damm 1996-1997-ci illər ərzində tam müalicə olunmuş, bir sıra filmlərə çəkilərək əvvəlki populyarlığını geri qaytarmağa çalışmışdı.
Şəxsi həyatı Jan Klod Van Dammın ilk həyat yoldaşı olan venesuelalı Mariya Rodriges olub. Onlar 1981-ci ildə boşanmışlar. 1985-ci ildə Sintiya Derdian ilə ailə həyatı qurmuş, lakin bir müddət keçdikdən sonra 1986-cı ildə onlar boşanmışlar. Həmin ildə model olan Qledis Portiqeslə evlənmişdir. Van Dammın bu nigahdan Kristofer və Bianka adlı övladı olur. Lakin onlar 1992-ci ildə boşanırlar. Van Damm 1994-cü ildə model olan Derci La Piyer ilə evlənir. Onların Nikolas adlı övladı olur. 1996-cı ildə onlar boşanırlar və bu müddətdən başlayaraq Van Damm narkotikdən asılı vəziyyətə düşür. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotikdən imtina etmişdir. 1999-cu ildə isə Van Damm və Qledis Portiqes yenidən ailə həyatı qurmuşlar.
Mükafatları "MTV Movie Awards" kinomükafatının "The most desirable man" () kateqoriyasına görə 3 dəfə (1992, 1993 və 1994) nominasiyaya layiq görülmüşdür. 2010-cu ildə "The Grand World Prize" () mükafatı və "Golden Talents Of The Planet" () mükafatının qızıl ordeninə layiq görülmüşdür.
Filmoqrafiya İl Film Orijinal adı Rol Qeydlər 1984 Barbar küçəsi Rue Barbare 1984 Breyk-dans: Film Breakin' 1984 Əbədi Monako Monaco Forever 1984 İtkin düşmüşlər Missing in Action 1986 Nə geri çəkil, nə də təslim ol No Retreat , No Surrender İvan İlk seçilən rolu 1988 Qara qartal Black Eagle 1988 Qanlı idman Bloodsport Frenk Dyuks 1989 Kikboksçu Kickboxer Kurt Sloan 1989 Kiborq Cyborg 1990 Ölümcül order Death Warrant 1990 Şir ürəkli Lionheart Lion Filmin digər adı: A.W.O.L. – absent without leave (Böyük Britaniya versiyası) 1991 İkili zərbə Double İmpact 1992 Universal əsgər Universal Soldier Lyuk 1993 Çətin hədəf Hard Target 1993 Qaçmağa yer yoxdur Nowhere To Run 1994 Zaman polisi Time Cop 1994 Küçə döyüşçüsü Street Fighter Gil 1995 Qəfil ölüm Sudden Death 1996 Maksimal risk Maximum Risk 1996 Macəra axtarışında The Quest 1997 İkiqat komanda Doeble Team 1998 Legioner Legionnaire 1999 Axırıncı vuruşma Last to fight 1999 İnferno Inferno 1999 Universal əsgər 2: Qayıdış Universal Soldier 2: The Retume Lyuk 2001 Sifariş The Order Rudi Cafmeyer 2001 Replikant Replicant 2002 Aşağı buraxılan Derailed 2003 Cəhənnəmdə In Hell 2004 Ölümün izi Wake Of Death 2004 Narko Narco 2006 Möhkəm müdafiə Hard Corps 2006 Komandirin müavini Second in Command 2006 İmtahan The Examen 2007 Ölümə kimi Until Death 2008 JVCD JVCD 2009 Universal əsgər 3 : Regenerasiya Universal Soldier 3 : Regeneration Lyuk 2011 Kunq-fu Panda 2 Kung Fu Panda 2 2011 Qatillərin oyunu Assassination Games 2011 Əjdaha gözləri Dragon Eyes 2011 Şərəfli şəhərcik Dragon Eyes 2012 Rjevskiy Napoleona qarşı Beur sur la ville 2012 Qabağıalınmazlar 2 The Expendables 2 2012 Universal əsgər: İntiqam günü Universal Soldier: Day of Reckoning Lyuk
Qalereya
İstinadlar
Xarici keçidlər The biggest Jean-Claude Van Damme forum Jeanclaudevandamme.us JCVD Fansite
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Belçikada doğulanlar Kateqoriya:Jan-Klod Van Damm Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Belçikadan ABŞ-yə mühacirət edənlər